Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Şirniyyatlar / Gavalı piroqunun hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Gavalı piroqunun hazırlanması

Gavalı piroqunun hazırlanması

gav

Sizə gavalı piroqunun hazırlanma qaydasını təqdim edirik:

Tərkibi:

150 q un
130 q şəkər tozu
100 q kərə yağı
1 yumurta
6 x.q. süd
10 gavalı
0,5 ç.q. vanil cövhəri
1 ç.q. qabartma tozu
0,5 ç.q. darçın
1 çimdik duz

Unu qabartma tozu və duzla ələyin.

Blenderin qabına un, 2 x.q. şəkər tozu, yağın yarısını (kubik doğrayın) qoyub ovuntuq halına gələnədək qarışdırın.

Yumurta, vanil cövhəri və südü qarışdırın. Un ovuntuğunu əlavə edib qaşıqla qarışdırın. Qatı, eynicinsli olmayan kütlə alınacaq. Onu formaya tökün.
Gavalıları 4 yerə bölüb kəsiyi üzüaşağı olmaqla xəmirin üzərinə düzün. Azca üstündən basın. Şəkər tozunun qalanını darçınla qarışdırın, gavalıların üzərinə səpin. Kərə yağının qalanını əridib piroqun üzərinə gəzdirin.
Piroqu 170 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Buna da baxın

Toyuqlu Qat-Qat Piroq

Whatsapp ilə PaylaşTərkibi: Pendirli Biskvitlər Üçün -5 yumurta -3 xörək qaşığı mayonez -3 xörək qaşığı …