Əsas səhifə / Manşet / Gavalı salatı
Bizi mobildən daha sürətli  izləyin

Gavalı salatı

gavalı salatı

         Tərkibi:

  • 100 qr qara gavalı
  • 100 qr toyuqun döş əti
  • 100 qr qoz ləpəsi
  • 2 ədəd orta boy kartof
  • 2 ədəd kök
  • 2 ədəd yumurta
  • Mayonez
  • duz

 Hazırlanması:

Kartof, kök və yumurta qaynadılır. Toyuq əti qaynadılaraq, bişdikdən sonra xırda-xırda doğranır. Gavalılar doğranılır. Qoz sürtgəcdən keçirilərək xırdalanır. Kök, yumurta və kartof sürtgəcdən keçirilir.  Salatı hazırlayacağınız boşqaba bir qədər mayonez çəkib üzərinə sürtgəcdən keçirilmiş  kartofu yayıb, üzərinə duz və mayonez çəkilir. Ardıcıllıqla bütün inqredentlər  eyni qayda ilə düzülür. Sonda kartof əlavə edilib mayonez çəkdikdən sonra üzəri üyüdülmüş qoz  ilə örtülür.

Nuş olsun!

Buna da baxın

Alça turşusunun hazırlanması

Whatsapp ilə Paylaş Adətən tərəvəzlərin turşusunun hazırlanmasının şahidi olmuşuq. Amma bəzi meyvələrin də duzlusu olduqca …