Əsas səhifə / Manşet / Gavalılı və qozlu piroq
Bizi mobildən daha sürətli  izləyin

Gavalılı və qozlu piroq

Tərkibi:

  • 1 yumurta
  • 80 qr un
  • 120 qr (15%) xama
  • 120 qr şəkər tozu
  • 15 qr kakao
  • 50 qr qoz
  • 1 ç/qaşığı qabartma tozu

İçlik üçün:

  • 50 qr xama (15%)

Köpük üçün:

  • 500 ml kefir
  • 200 qr xama (15%)
  • 100 qr şəkər tozu
  • 15 qr jelatin
  • 100 ml su
  • 250 qr gavalı
  • 1 ç/qaşığı vanil ekstratı
  • 1.5 ç/qaşığı soda

Qlazur üçün:

  • 30 qr şokolad
  • 20 qr kərə yağı

Hazırlanması:

Unu kakao, qabartma tozu və bir az soda ilə qarışdırırıq. Yumurtanı şəkər tozu ilə qarışdırdıqdan sonra, xama əlavə edib qarışdırmağa davam edirik. Unu ələkdən keçirərək qarışıma əlavə edib qarışdırmağa davam edirik. Doğranmış qozu əlavə edirik. Siniyə (24 sm diametr) yağlı kağız sərib xəmiri üzərinə tökərək əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bişiririk. Sobadan çıxardıqdan sonra sinidən çıxarıb üzərinə xama çəkirik.

Jelatini soyuq suda qarışdırıq. Gavalını isti suya əlavə edib 12-15 dəqiqə yumşalmasını gözləyin. Bir qismini bəzəmək üçün saxlayın. Kefirə xama, şəkər tozu, vanil və doğradığımız gavalıları əlavə edib qaışdırırıq. Jelatini əlavə edərək daha 5 dəqiqə qarışdırırıq. Yaxşı olması üçün bir qədər də soda əlavə edirik. Əvvəl bişirdiyimiz biskviti qəlibə salaraq hazırladığımız qarışımı üzərinə əlavə edirik. Daha sonra 2-3 saat soyuducuda gözlədirik. Dəsmalı isti su ilə isladaraq qəlibi kənarlarına qoyuruq. Dəsmalın istiliyindən qəlibi çıxarmaq asanlaşacaqdır. Bu proseduru 3-4 dəfə təkrarlayın. Şokoladla kərə yağını su hamamında əridərək tortu bəzəyin. Üzərini gavalılar ilə bəzəyərək 2-3 saat soyuducdua gözlədin. Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!