Əsas səhifə / Manşet / Genekoloji müayinə zamanı nələrə diqqət etməliyik?
Bizi mobildən daha sürətli  izləyin

Genekoloji müayinə zamanı nələrə diqqət etməliyik?

h

Cinsi əlaqədə olan və ya olmayan hər bir qadın 6 aydan bir genekoloji müayinədə olmalıdır. Belə olduğu təqdirdə bir sıra ciddi xəstəliklər vaxtında aşkarlanıb müailicə olunar.

Genekoloji müayinədən bir çox qadın ehtiyat edir. Amma unudulmamalıdır ki, qadın xəstəliklərinin əksəriyyəti gizli şəkildə inkişaf edir. Bəzi xəstəliklər ancaq sonda özünü büruzə verir. Buna görə də mütəmadi müayinə sizin üçün xeyirlidir.

Cinsi orqan ətarıfındakı hansısa bir yara, və ya əhəmiyyət vermədiyiniz qaşınmalar xərçəng xəstəliyinin xəbərçisi ola bilər.

Müayinə zamanı önəmli olan xəstənin utanmadan, xəstəliyi haqqında ətraflı danışmasıdır. Açıq danışmağınız həkimin də düzgün diaqnoz qoymasına kömək edəcək.

Genekoloji müayinəyə nə vaxt getməliyəm?

Hər altı aydan bir genekoloji müayinəyə getmək lazımdır. Adətdən (aybaşının bitməsindən) sonrakı gün gedilməsi isə gün baxımından idealdır.

Genekoloji müayinəyə getməmişdən əvvəl nələrə diqqət etməliyəm?

Mütləq şəxsiyyət vəsiqənizi götürün.

Hər hansısa bir dərman istifadə edirsinizsə, bu dərmanı da yanınızda aparın. Əvvəlcədən qoyulan diaqnozu əks etdirən sənədləri də aparmalısız.

Müayinəyə mütləq tərəf müqabilinizlə gedin. Cinsi xəstəliklərin əksəriyyətində hər iki tərəfin müayinəsinə ehtiyac olur.

Əgər şəkər xəstəliyiniz varsa, onda müayinəyə ac qarnına gedin.

Müayinədən əvvəl cinsi əlaqədə olmayın.

Müayinədən əvvəl vagina yuyulmamalıdır. Bu müayinə zaman düzgün diaqnozun qoyulmasına əngəl yarada bilər.

Çantanızda ehtiyat alt paltarı və bez saxlayın.

Genekoloji müayinədə hansı suallar soruşulur?

  • Özünüz haqqında məlumat
  • Əgər hamiləsizsə hamiləlik haqqında məlumatlar
  • Cinsi əlaqənin olub-olmaması
  • Adətin nizamı, həmin vaxt ağrıların olub-olmaması
  • Son adət(aybaşı) gününün başlanğıc tarixi
  • Adət müddətindən əlavə qanama hallarının olub-olmaması
  • Vaginada qaşınmanın olması
  • Vaginada axıntı kimi hallar
  • Tüklənmə ilə əlaqədar suallar
  • Qarında şişkinlik, bağırsaqlarda hər hansısa bir narahatlığın olması
  • Cinsi əlaqə zamanı qorunduğunuz metodlar. Əvvəlcədən hansısa genekoloji xəstəlik diaqnozunun olduğu haqqında məlumat.

Genekoloji müayinə necə aparılır?

  • Müayinə zamanı həkimin yanında bir tibb bacısı da olur ki, bu sizə geyinməyinizdə və başqa köməyə ehtiyacınız olduğunda kömək edir.
  • Müayinədən əvvəl mütləq sidik kisəsi boşaldılmalıdır.
  • Müayinə otaqında xəstə paltarlarını çıxarır və ona üzərini örtməsi üçün təmiz dəsmal verilir. Daha sonra genekoloji stola uzanır. Həkim və yanındakı tibb bacısı sizə kömək edəcəkdir.
  • Müayinə vaxti yaranan sualları mütləq həkiminzdən soruşun.
  • Genekoloji müayinə 3 cür olur:xarici genital nahiyənin yoxlanması, vagina və uşaqlıq yolunun yoxlanılması və əllə müayinə.
  • Əgər xəstə cinsi əlaqədə olmayıbsa, əllə müayinə və uşaqlıq yolu müayinəsi edilməyəcək. Müayinə vaxtı xəstə rahat olmalı, hərəkət etməməlidir.
  • Müayinə olduqca rahatdır. Xəstə ağrı hiss etməz.

Ultrasəs (USM) müayinə necə olur?

Əgər xəstə cinsi əlaqədə olmayıbsa, ultrasəs müayinə qarın bölgəsindən tətbiq olunur. Bu müayinədən əvvəl sidik kisəsinin dolu olması lazımdır.

Cinsi əlaqəsi olan xəstələrə isə vaginal ultrasəs müayinə edilir. Bu vaxt uşaqlıq yolu və yumurtalıqlar yoxlanılır. Bu müayinə zamanı xəstə genekoloji masaya qaldırılır. Bu rahat və ağrısız prosedurdur və qısa bir zamanda tamamlanır.

Vaginadan ultrasəs müayinə hamiləlik zamanı da tətbiq oluna bilər. Bu zaman sidik kisəsinin boş olması tələb olunur.

Buna da baxın

Cinsi əlaqə zamanı ağrıların səbəbi l Disparoni

Whatsapp ilə Paylaş Bir çox qadının ortaq problemi olan cinsi əlaqə zamanı yaşanan ağrılar əslində …