Əsas səhifə / Əsas menu / Gözəllik / Geniş məsamələri kiçiltmək üçün bunları edin
Bizi mobildən daha sürətli  izləyin

Geniş məsamələri kiçiltmək üçün bunları edin

Geniş məsamələrin kiçildilməsi

Məsamələr bəzi səbəblərdən açıq olur və bu da  xoş olmayan görünüşə səbəb bilər. Bu vəziyyət  dəriyə qulluğun təxirə salınmasından, genetik xüsusiyyətlərdən, həddindən artıq günəşə məruz qalmaqdan, qara nöqtə meydana gəlməsindən və ya qeyri-sabit bir pəhrizdən və s. qaynaqlana bilər.

Qadınklubu.com Bu yazıda sizlərə daha gözəl bir dəri üçün məsamələri kiçiltməyin təbii üsullarından bəhs edəcəyik.

Genişlənən və ya açıq məsamələri aradan qaldırmaq üçün aşağıdakı prosedurları nizamlı olaraq tətbiq edin.

Həftədə iki dəfə təmizləmək

Geniş məsamələrin kiçildilməsi.jpgc

Bu üsul ölü dəri hüceyrələrini və sızanaq ilə qara nöqtələrə səbəb olan çirkləri təmizləyir. İlıq su ilə isladılmış bir pambıq ilə dərinizi yüngülcə təmizləyin.

Həftədə bir dəfə buxar duşu edin

Geniş məsamələrin kiçildilməsi.jpgg

Bu üsul məsamələri açaraq dərini müxtəlif qalıqlar, kir və yağlardan təmizləyər. Daha sonra məsamə normal ölçülərinə dönəcək. Bir qazanda su qaynadın və üzünüzü buxara yaxın tutun. Sonra bir dəsmalla başınızı bağlayın – xəstə olarkən etdiyimiz kimi. Ardından dərinizi yuyun və  qurulayın.

Üz maskası tətbiq edin

Geniş məsamələrin kiçildilməsi.jpg'

Buxar banyosunu  tamamladıqdan sonra məsamələr genişlənmiş olacaq beləcə maskadan daha çox səmərə əldə edəcəklər. Gil maskası çox tövsiyə edilən bir üsuldur. Çünki sızanaqları aradan qaldırır, çox yağları əmir və məsamələri azaldır.

Üzünüzü hər səhər yuyun

Geniş məsamələrin kiçildilməsi.jpgf

Oyandığınız zaman ilk olaraq üzünüzü ilıq suyla yuyun və ev istehsalı üz maskanızı tətbiq edin. Yarım stəkan su, 1/4 stəkan süd, iki yemək qaşığı natrium bikarbonat və bir yumurta ağını qarışdırın. Bu maska məsamələri və səthdəki bakteriyaları dərindən təmizləyir. Üzünüzə yavaşca ovaraq tətbiq edin və ilıq suyla durulanın.

Aloe vera ilə nəmləndirin

Geniş məsamələrin kiçildilməsi.jpgj

Bu bitki dəriniz üçün faydalı bir çox xüsusiyyət daşıyır. Aloe vera dərini nəmləndirir və dərini xarici təsirlərdən qoruyar. Aloea-vera bitkisini evdə də cücərdə bilərsiniz. Bir yarpağı kəsin və içindəki geli alın. Dərinizə tətbiq edin və quruyana qədər gözləyin. Daha sonra ilıq su ilə durulayın.

Qatıq

Geniş məsamələrin kiçildilməsi.jpgjjj

Bu dərini təmizləmək üçün istifadə edilən köhnə bir ev müalicəsidir. Bir həftə boyunca yatmamışdan əvvəl üzünüzü yuyun və bir pambıq ilə qatığı dərinizə tətbiq edin. 20 dəqiqə gözlədin və soyuq su ilə yaxalayın.

Mayonez

Geniş məsamələrin kiçildilməsi.jpggg

Yumurta, limon suyu və yağı qarışdıraraq mayonezi evdə özünüz dəhazırlaya bilərsiniz. Eyni zamanda marketdən də ala bilərsiniz.  Üzünüzə bir yemək qaşığı mayonez tətbiq edin  və 20 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın. Dəriniz çox daha yumşaq olacaq ancaq əgər yağlı bir dəriyə sahibsinizsə mayonez  yaxşı bir fikir deyil.

Portağal suyu

Geniş məsamələrin kiçildilməsi.jpgjuy

Bu məsamələrin çirkin görünüşünü aradan qaldırmaq üçün çox təsirli bir üsuldur. Tıxanmış məsamələr portağalın  içindəki azot turşusu nəticəsində təmizlənir. C vitamini dərini dartır. Portağalı suyu ilə isladılmış pambıq ilə silin. Bir başqa üsul isə portağalı kəsib dərinizə tətbiq edə bilərsiniz. Hər iki üsulda da 5 dəqiqə gözlədin və soyuq su ilə yaxalayın. Bu üsul dərinizdə qızarıqlıqların meydana çıxmasına səbəb ola bilər, buna görə gün ərzində və ya çölə çıxmadan əvvəl tətbiq edin. Gecə etməniz daha uyğun olar.

Yulaf maskası

Geniş məsamələrin kiçildilməsi.jpgyyyyyyy

Bir qab yulafı üyüdün. Toz halına gələnə qədər qarışdırın. İlıq bir qab suya əlavə edin və məcun konsistensiyasına gələnə qədər qarışdırın. Dəriyə tətbiq edin və tamamilə quruyana qədər gözləyin. Daha sonra ilıq suyla durulayın.

Buz

Geniş məsamələrin kiçildilməsi.jpggtt

Bir neçə dənə buz küpünü 30 saniyə qədər cildinizə tətbiq edin. Dərhal daralma hiss edəcəksiniz. Duşdan sonra tətbiq etmək daha yaxşıdır.

 

 

Buna da baxın

Sirkənin cildə faydaları

Whatsapp ilə Paylaş Sirkə, dəri problemlərini aradan qaldırmaqda və dəriyə gözəllik qatmaqda olduqca təsirlidir. Sirkə …