Əsas səhifə / Əsas menu / Dəb / Geyim səhvlərimiz
Bizi mobildən daha sürətli  izləyin

Geyim səhvlərimiz

hh

Hər qadın gözəl görünmək və daim diqqət mərkəzində olmaq istəyər.

Lakin bəzən elə olur ki, başqalarında xoşumuza gələn paltarları özümüzə yaraşdırmır və ala bilmirik.Bunun üçün bir necə madelyerə müraciət etməklə öz tərzinizi ortaya çıxara bilərsiz. Lakin hər kəsin bu müraciətə imkanı catmır. Biz bir necə qaydanı sizə deməklə düzgün geyinmənizə kömək edə bilərik.

İlk növbədə öz bədənimizi yaxşı tanımalıyıq. Bunun üçün güzgünün qabağında dayanıb öz bədənimizin necə olduguna fikir verməyimiz kifayətdir.

Əsas yanlışlardan biri də rəng tonlarını düzgün seçməmənizdir. Xüsusəndə bir paltarda çox rəngdən istifadə geyimin qarışıq olasını yaradır. Bir rəng seçib ona uygun olan digər rəngləri birləşdirməliyik.

Əgər ayaqlarınız kökdüsə bu zaman salaş tipli geyimlərdən istifadə edin. Bu sizi olduğundan incə göstərəcək.

Qısa boylu xanımsızsa bu zaman eyni bir rəngdən istifadə edin.

Uzunbel, ispanyol parça şalvarlar sizi olduğundan daha uzun göstərir.

Əğər çiyniniz daha aşağıdadırsa vatqalı geyimləri tərcih edə bilərsiz.

Çanta seçimində isə balaca boylu xanımlar iri cantalardan qaçsın.Bu hündür xanımlara daha çox yaraşır.

Bu məsləhətlərə əməl etsəniz geyiminizi bir az da olsa düzəldə bilərsiz.