Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Geyimdə rənglərin seçimi bizi necə xarakterizə edir?
Bizi mobildən daha sürətli  izləyin

Geyimdə rənglərin seçimi bizi necə xarakterizə edir?

Abstract-Rainbow-Colours-Wallpapers-5

Geyimdə rənglərin seçimi bizi necə xarakterizə edir?

Hər birimiz gündəlik geyimlərimizdə sevdiyimiz bir neçə rəngdən istifadə edirik.
Bu rənglər bizə yaraşır, bizi rahatladır. Biz düşünmürük ki, rənglər bizim üzümüzün təravətli, gözlərimizin gözəl görsənməsinə, hətta bəzən vücudumuzun çatışmazlıqlarını gizlətməyə təsir edir. Biz sadəcə bu rəngləri sevirik və əhvalımızdan asılı olaraq onlardan istifadə edirik. Amma geyimin elə rəngləri var ki, onlar bizə qətiyyən yaraşmır. Bizim rəng seçimimiz nə ilə əlaqədardır?

Hər rəngin iki tərəfi var: birinci tərəf insanın daxili vəziyyətini xarakterizə edir, ikinci tərəf isə insanın xarici aləmlə əlaqəsini əks etdirir. Rənglərin psixologiyası konkretdir və dəbdən asılı olmayaraq insanlara eyni təsiri göstərir.

Qara

Qara rəngn çox yayılmış və ziddiyyətli rəngdir. Bu rəngdən həyatın bir çox sferalarında istifadə olunur. Qara rəngin mənası hər bir xalqda müxtəlifdir. Qara rəng qara qüvvələr, ölüm və ya sirrlə əlaqəlidir, insanda həyəcan hissi yaradır. Ona görə də hökümət və dövlət maşınları adətən qara olur. Qara rəngi seçərkən diqqəti rəngə deyil, obyektin forma və məzmununa yönləndirmək lazımdır. Burada söhbət daha çox ənənələrin mühafizəkarlıq və öhdəliyindən gedir. Qara rəngdə yaş və vücud forması məhdudiyyəti yoxdur. Qara geyinərkən kəsim və tikiliş formasına diqqət yetirin, tərz çox sadə də ola bilər. Özünüzdə simpatiya cazibədarlığı vurğulayın. Amma həddini aşmayın.

Ağ rəngin psixologiyası özündə optimizm və saflığı birləşdirir. Ədalət, inam və günahsızlıq rəngidir. Ağ geyinən insanlar yaradıcı şəxsiyyətlərdir. Ağ rəngdən bacarıqla istifadə etməklə siz insanlara hər istədiyinizi, yəni əl çatmaz olduğunuzu, hissiyyatlı və günahsız olduğunuzu hiss etdirə bilərsiniz. Köynəklərin ağ yaxalığı üzü cavan göstərir və üzdəki qırışları gizlədir. İdeal uyğunluq isə ağ-qaradır.

Qırmızı

Qırmızı rəng hiss və enerji əlamətidir. Bu səbəbdən Çində qırmızı rəng döyüş və alovlu əjdaha simvolu sayılır. Əgər siz qırmızı köynək və ya don geyinmək istəyirsinizsə, bilin ki, buna səbəb toplanmış enerjinin sərf olunma arzusudur. Qırmızı rəng bənzərsizdir. O, hər zaman diqqəti özünə cəlb edir.

Narıncı

Narıncı rəngin psixologiyası haqqında əzm, azadlıq və optimizm simvolu olduğu söylənilir. Qədim Romada bu rəngi çoxuşaqlılıq və möhkəm ailə rəmzi kimi qəbul edirdilər. Toy zamanı gəlinlər bu rəngdə geyinərdilər. Hindistanda narıncı rəng mədəniyyət göstəricisi və milli geyim rəmzi kimi qəbul olunur. Narıncı rəngi sevən insanlar enerjili, yaradıcı və yeni ideyalarla dolu insanlardır. Bu cür insanlar ünsiyyətcildir, optimizm və ruh yüksəkliyi ilə zəngindir. Bundan başqa, onlar aqressiv deyil və hər mövzuda kompromisli qərarlar qəbul edirlər.

Sarı

Sarı rəng intellekt və yaradıcılıq çalarıdır. Psixoloqlar düşünür ki, bu rəngə üstünlük verən şəxslər çətinliklərdən qurtulmaq, əylənmək və xəyal qurmaq istəyirlər. Sarı rəng ümid dolu rəngdir. Geyimdə sarı rəngin psixologiyası iki hissəyə ayrılır: solğun sarı inamsızlıq, parlaq sarı isə özünə inam və güvən hissi mənasındadır.

Yaşıl

Yaşıl rəngin psixologiyası həyat haqqında təsəvvürlərlə bağlıdır, yenilənmə və şəfa qabiliyyətinə malikdir. Qədim zamanlarda gəlinlərin paltarı yaşıl rəngdə olurdu. Bu, təbiətin və analıq hissinin rəmzi sayılırdı. Hindistanda çox qədim zamanlardan gənc qızların yaşıl rəng geyinməsi adət idi. Yaşıl rəng həm də sülh simvolu sayılır. Əgər siz yaşıl rəngi sevirsinizsə, demək siz məntiqli, emosional, fəaliyyətdə olan insansınız. Siz özünüzlə fəxr edən və analizə meyilli insansınız. Yaşıl rəng sizin cazibənizin və şəxsiyyətinizin magiyasını ətrafa yayır. Özünüzü başqa cür hiss etdirir.

Göy

Göy rəng mühafizəkarlıq və sadiqlik rəngi kimi qeyd olunur. Göy rəngi sevən insanlar yaxşı dost olurlar.

Mavi

Mavi etibar, təmkin və hörmət rəngidir, səma və ya dəniz ilə assosiasiya olunur. Yaponlar inanırlar ki, mavi rəng yeni başlanacaq işə uğur gətirir.

Qəhvəyi

Geyimdə qəhvəyi rəngə özünə inanan, dürüst və sadə insanlar üstünlük verir. Bu cür insanlar etibarlı olmasıyla, tərbiyə və uğurlarıyla fərqlənir.

Boz

Psixologiya cəhətdən insan boz geyinərkən şüuraltı görünməz olmağı arzulayır. Boz rəng özündə ağ-qaradan fərqli olaraq lazımsızlığı və heç vaxt birinci olmayacağını düşündürən keyfiyyətləri birləşdirir. Yeganə hədəfi stabillik və harmoniyadır.

Çəhrayı

Çəhrayı rəngə üstünlük verənlər həssas və pozitiv olub, öz sevgilərini qabarıq şəkildə ifadə edirlər. Bundan əlavə onlar küsəyən olmaqları ilə fərqlənirlər. Amma kinli olmadıqları üçün tez də unudurlar.

Beləliklə biz rənglərin psixologiyası haqqında danışdıq. Bəzi rəng çalarları da var ki, onlar ümumilikdə xarakterə də təsir edə bilər. V.M. Bextereyevin dediyi kimi “Bacarıqla seçilmiş rəng çalarları və rəng uyğunluğu insanın sinir sisteminə yaxşı təsir edə bilər”.

Buna da baxın

Baş barmağı böyük olanın, nəyi böyük olar?

Whatsapp ilə Paylaş Barmaqlarınızın formasına baxaraq xarakterinizin ortaya çıxarmağın mümkün olduğunu bilirdiniz? Qadinklubu.com olaraq, sizə bütün …