Əsas səhifə / Əsas menu / Dəb / Geyimlərinizi bel uzunluğunuza görə seçin
Bizi mobildən daha sürətli  izləyin

Geyimlərinizi bel uzunluğunuza görə seçin

bel uzunlugunuza gore geyimlerinizi secinGözəl görünmək üçün hər bir qadın düzgün geyim seçimi etməlidir. Düzgün geyimi seçmək üçün mütləq bədən ölçülərinizi bilməlisiniz. İlk əvvəl uzun belli və ya qısa belli olduğunuzu müəyyən etməlisiniz.  Bunu öyrənmək üçün iki nahiyyəni ölçmək lazımdır. lazımdır. Əvvəl qoltuq altı  ilə belinizin arasındakı məsafəni  ölçün. Sonra beliniz ilə çanaq  arasını məsafəni ölçün. Əgər ilk ölçünüz daha qısa çıxarsa siz qısa bellisiniz. İkincisi qısa çıxarsa o zaman siz uzun belli  bir qadınsınız.

Qısa belli  qadınlar necə geyinməlidir

  • Əgər qısa beliniz varsa, bədəninizin alt hissəsi daha kiçik görünür. Giyiminizdə bədəninizin tarazlığını təmin etməlisiniz. Şaquli xəttlərin olduğu geyimlərə üstünlük verin. Bu xəttlər üst hissəsini daha uzun göstərir. Beləcə beliniz bir miqdar daha aşağıya enər. Zolaqlı köynəklərin  xəttləri incə olmalıdır.

  • Bədəni büruzə verməyən enli köynəklər seçim edə bilərsiniz. Bu belin əslində harada olduğu göstərməməyin bir başqa yoludur. Dərin bir V yaxa (yalnız qısa belli  qadınlar üçün deyil, bütün qadınlar üçün istifadə edilə biləcək bir üsuldur) beli aşağıya çəkər mərkəzi dəyişdirər. Kəmərli paltarlar geyinməyin. Kəmərə  ehtiyacınız varsa, bel bölgəsinə diqqəti azaltmaq üçün paltar ilə eyni rəngdə dar bir kəmər seçin.

Uzun belli  qadınlar necə geyinməlidir

  • Uzun belli qadınların problemi bədən tipinə görə ayaqlarının  daha qısa görünməsidir. Əgər uzun belli  qadınsınızsa, sizin alt qisminizi  uzun görünməsini təmin edəcək geyimlər geyməlisiniz.
  • Beldən qabaran paltarlar seçin. Bu üslub belinizin daha yüksək və ayaqlarınızın  daha uzun görünməsini təmin edəcək.
  • Belə oturan  köynəklər  seçin. Qısa köynəklər bir problem mədədir. Bu cür köynəklər qadınların qarın bölgələrini büruzə verir. Bunun üçün qarınlı  qadınlar üçün bu seçk mbir az çətin olacaq.
  • Şalvarlarınızı uzun belli  və ya bir az   daha yüksək  ala bilərsiniz. Ancaq ayaqlarınızın  qısa görünməsinin qarşısını almaq  üçün qətiyyən  çox dar şalvarlar geyinməyin.
  • Qısa pencəklər geyin. Məsələn, bolero tərzi pencəklər, uzun müəyyən qadınlarda çox qəşəng ola bilər. Ayaqqabılarınız  hündür daban olsun. Ayaqlarınızın  daha uzun görünməsini təmin edəcək.
  • Ayaqlarınızı  uzun göstərmək üçün ətək ya da pdon  geyinirsinizsə, ayaqqabınız ilə corab rəngləri uyğun olmalıdır.
  • Nə etsəniz edin, ayaqlarınızı  daha qısa göstərən  Stildən uzaq olun. Aşağı belli  cinslər, belinizi daha da uzun edər və ayaqlarınızı qısaldar. Yüksək belli şalvarlar, qıçlarınızı uzun göstərərək təbii bir görünüş verir.

Buna da baxın

Diqqəti cəlb etməyin üsulları

Whatsapp ilə Paylaş Gözəl görünmək üçün çox pul xərcəlməyinizə və saatlarla əziyyət çəkməyinizə ehtiyac yoxdur. …