Əsas səhifə / Əsas menu / Gözəllik / Geyimlərinizi belinizin uzunluğuna görə seçin
Bizi mobildən daha sürətli  izləyin

Geyimlərinizi belinizin uzunluğuna görə seçin

bell4

Qadınların geyim seçimi zamanı, bel uzunluğunu da nəzərə almaları çox önəmlidir. Siz də belinizin uzun, ya qısa olduğunu müəyyənləşdirib, ona uyğun davranın.

Bunu öyrənmək üçün 2 ölçü lazımdır. Əvvəlcə qoltuqlarınızla belinizin arasını ölçün. Sonra isə belinizlə sağrı nahiyəniz arasındakı məsafəni. Əgər ilk ölçünüz daha qısa çıxarsa, siz qısa bellisiniz. İkincisi qısa çıxarsa, siz  uzun belli bir qadınsınız.

Qısa belli qadınlar necə geyinməlidir?

-Əgər qısa bellisinizsə, vücudunuzun alt hissəsi daha kiçik görünür. Geyiminizlə bədəninizi tamamlamalısınız. Üzərində uzununa xətlər olan paltarlar alın. Bu xətlər üst hissənizi daha uzun göstərəcək. Aldığınız xətli köynəklərin xətləri incə olmalıdır.

-Bədənə yapışmayan, enli üst geyimləri seçin. Bu, əslində belin harda olduğunu göstərməyin bir başqa yoludur. Kəmərli paltarlardan qaçın. Əgər mütləq kəmər taxmalısınızsa, bel bölgəsinə diqqəti azaltmaq üçün, paltarla eyni rəngdə olan dar bir kəmər taxın.

Uzun belli qadınlar necə geyinməldir?

Uzun belli qadınların problemi isə, uzun bellərinə görə, ayaqlarının qısa görünməsidir. Əgər uzun belli qadınlardansınızsa, siz, alt hissənizin uzun görünməsi üçün paltarlar geyinməlisiniz.

-Beldən qabaran paltarlar seçin. Bu stil belinizin daha yüksək, ayaqlarınızın daha uzun görünməsinə kömək edəcək.

-Belə yapışan köynəklər geyinin. Qısa köynəklərdə, mədə problem yaradır. Bu cür köynəklərdə qadınların qarın bölgəsi ortaya çıxır. Buna görə də, qarınlı qadınlar üçün bu seçim bir qədər çətin olacaq.

-Şalvarlarınızı belinizdən bir qədər yuxarı alın. Lakin ayaqlarınızın qısa görünməsini istəmirsinizsə, əsla çox dar şalvarlar geyinməyin.

-Qısa gödəkçələr geyinin. Ayaqqabılarınız hündür olsun. Beləliklə ayaqlarınız daha uzun görünəcək.

-Ətək və ya don geyinmisinizsə, ayaqqabınızla corab rəngləri uyumlu olmalıdır.

Qadinklubu.com 

Buna da baxın

Kişilərin dəyişməyən vərdişləri

Whatsapp ilə Paylaş Qadınlar üçün kişilər olmadan bir həyat ola bilməz hərhalda. Ev və gündəlik …