Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Giləmeyvəli dondurma tortu
Bizi mobildən daha sürətli  izləyin

Giləmeyvəli dondurma tortu

dondurma1-copy1

Giləmeyvəli dondurma tortu

Tərkibi:

-Yumurtanın ağı – 3 əd
-Kofe (üyüdülmüş) – 1 x.q
-Şəkər tozu – 175 qr
-Fındıq – 50 q
-Qaymaq 35 % -600ml
-Qarışıq giləmeyvələr – 500 q

Hazırlanması:

Fındığı isti tavada 6 dəqiqə qovururuq. Hazır olandan sonra soyudub bıçaqla iri –iri doğrayırıq. Yumurtanın ağını üyüdülmüş kofeylə çala –çala, şəkər tozunu asta –asta əlavə edirik köpük halına gəlir. Sonra soba qabına kalka sərib hazırladığımız köpüyü üzərinə yayırıq. 3 saat 90 dərəcədə sobada quruduruq. Hazır olduqdan sonra tam soyuduruq və hazır olan bezeni əlimizlə sındırırıq.

Meyvələri yuyub suyunu quruduruq. Qaymağı köpük halına gələnə qədər çalırıq. Bezeni qaymağın içinə əlavə edib ehmalca qarışdırırıq. Diametri 28 sm olan yumru formaya kalka sərib içinə hazırladığımız qaymağın yarısını tökürük. Üzərinə meyvələri düzürük və qalan qaymağı meyvələrin üstünə yayırıq. Qalan meyvələri yenə qaymağın üzərinə yayırıq. əgər meyvəniz və qaymağınız qalıbsa qat-qat düzürük ən axırda qaymağı yayırıq. Qabın ağzını salafanla örtüb soyuducunun dondurucu gözündə 1 gün saxlayırıq.

Bu dondurmanı soyuducunun dondurucu gözündə 1 ay da saxlaya bilərik.

NUŞ OLSUN!

Buna da baxın

Xamalı kremlə bal tortu

Whatsapp ilə PaylaşTərkibi: 100 qr bal 200 qr şəkər tozu 50 qr kərə yağı 400 …