Əsas səhifə / Əsas menu / Gözəllik / Gil maskasının hazırlamaq qaydası
Bizi mobildən daha sürətli  izləyin

Gil maskasının hazırlamaq qaydası

Woman with clay facial mask

Gil maskası  dərinin ən dərin qatlarına təsir edərək kirləri çıxarır və dərini qidalandırır.

Siz də təmiz, parlaq və rahat bir dəriyə sahib olmaq istəyirsinizsə, gil maskasından istifadə edə bilərsiniz. Qadınklubu.com gil barədə vacib məlumatları və evdə hazırlaya biləcəyiniz müxtəlif maskaları təqdim edir.

Gil alarkən nəyə diqqət etməli?

Evdə gil maskası hazırlaya bilmək üçün gilə ehtiyac olacaq. Gili dərinizin tipinə uyğun olaraq almalısınız. Əgər qarışıq və ya normal bir dəriniz varsa ağ, yağlıdırsa yaşıl gil almalısınız.

Gil maskası hazırlayarkən nəyə diqqət etməli?

Maskanı hazırlamamışdan əvvəl dərinizi sabun ya da təmizləyici gel ilə yuyun. Gilə sabun dəyməməlidir. Əks halda bakteriyalar yaranmağa başlayacaq və bu hal maskanı boş-boş hazırladığınız demək olacaq. Eyni səbəblərə görə,  gili plastik qaba qoymamalı, əvəzində şüşə qabdan istifadə etməlisiniz.

Gil maskaları:

Ballı gil maskası

2 x.q gili, 4-5 x.q. suda əridin. Üzünüzdən axmayacaq bir hala gəldikdə 1 ç.q. bal əlavə edib qarışdırın. Sonra isə üzünüzə çəkin. Quruduqdan sonra ilıq su ilə yuyun.

Limonlu gil maskası

2 x.q. gili, 4 x.q. suda əridin. Bir neçə damcı limon suyu əlavə edin. Qatı olana kimi qarışdırın. Üzünüzdə quruduqdan sonra ilıq su ilə yuyun.

Nanə yağlı gil maskası

Əgər sızanaqdan əziyyət çəkirsinizsə, gil maskanıza nanə yağı əlavə edib, 2 x.q. gili, 4-5 x.q. suda əridin. İçinə 3 damcı nanə yağı əlavə edin. Qatılaşana kimi yavaş-yavaş qarışdırın. Üzünüzdə quruyana kimi gözləyin sonra isə ilıq su ilə yuyun.

Buna da baxın

Geniş məsamələri kiçiltmək üçün bunları edin

Whatsapp ilə Paylaş Məsamələr bəzi səbəblərdən açıq olur və bu da  xoş olmayan görünüşə səbəb …