Əsas səhifə / Əsas menu / Məqalə / Gizlənmiş uşaqlıq xatirələrinin nevrozla əlaqəsi
Bizi mobildən daha sürətli  izləyin

Gizlənmiş uşaqlıq xatirələrinin nevrozla əlaqəsi

Gizlənmiş uşaqlıq xatirələrinin nevrozla əlaqəsi

f33eb6b5-5565-4995-a7be-d6c84494d896

Müəllif: Şəbnəm Sadıqova – Klinik Psixoloq

Valideynlərin diqqətlə oxumalı olduğu bir yazımı sizinlə paylaşıram.
Uşaqların qarşılaşdığı sözlər, davranışlar, görüntülər onların yaddaşında iz buraxır və həyatı boyu böyük önəm daşıyır. Təəssüf ki, tez-tez valideynlər “hələ uşaqdır qanmır”, “o nə başa düşür?”, “yeməyi var, geyimi var daha nə lazımdır?” kimi düşüncələrlə övladlarını bir çox cəhətdən yarımçıq buraxırlar. Yaddaşımızda yer etmiş bəzi uşaqlıq anılarına, basdırılmış tərkibinə görə “gizlənmiş xatirələr” adını veririk və bunun nevrotik düşüncə proseslərindəki rolu əhəmiyyətli dərəcədə ağırdır. Bütün bunlara nümunə olaraq hamınızın tanıdığı S. Freudun özünün analizlərini tərcümə etdim. Nə demək istədiyimi bunu oxuduqda daha yaxşı anlayacaqsınız.

“S. Freud 43 yaşında olarkən, özünün uşaqlıq dövrünə aid olan xatirələri analiz etməyə başlayır. Bu xatirələr onu ta 3 yaşına qədər aparır, hansıki 3 yaşında ikən aradabir şüur səviyyəsinə yüksələn bir səhnə canlanırdı gözünün önündə. Səhnə belə idi: özündən 20 yaş böyük ögəy qardaşının qapağını açıq tutduğu bir sandığın yanında dayanıb, hönkür-hönkür ağlayırdı. Həmin an görünüşcə olduqca incə və zərif olan gözəl anası eşikdən təlaşla evə girmişdi. Bu görüntülər olduqca aydın olmağına baxmayaraq Freud baş verənlərə məntiqli izah verə bilmirdi. Ögəy qardaşı sandığı açırdı ya bağlayırdı? Freud niyə ağlayırdı? Bütün bunların anasının evə gəlməyi ilə nə əlaqəsi var idi? Apardığı analizlər Freudu maraqlı bir nəticəyə çıxardı. Anasının yoxluğunda ondan ötrü çox darıxıb və onun sandığa “tıxıldığından” şübhələnib, ona görə də qardaşından açmağını istəyirmiş. Qardaşı qapağı açdığında, anasının içəridə olmadığını görüb qışqıraraq ağlamağa başlayıb. Freudun yaddaşında xatirənin ən qabarıq hissəsi bu görüntü idi. bu an anasının içəri girməsi ilə Freudun kədəri və içindəki gərginlik aradan qalxmışdı.
Bəs bu yaşda uşağın anasını sandıqda axtarmaq fikri hardan ağlına gəlmişdi?

Həmin yaş dövrünə aid xatirələrdə və gördüyü yuxularda Freuda dayəlik etmiş bir xanım da yer alırdı. Hansıki bu xanım Freud balaca ikən evlərindən dəfələrlə oğurluq etmiş və ögəy qardaşının şikayəti ilə məhkəməyə çıxarılmışdır. Dayənin qəfil ortadan yox olmağını ögəy qardaşı Freuda sarkastik tonla “içəri tıxdım” deyərək ifadə etmişdi. Bu cavabı Freud uşaqlıq ağlı ilə hərfi anlamda dəyərləndirmiş və qardaşının daha çox detal deməyəcəyini düşünərək sual verməyi kəsmişdi. Bir müddət sonra anasını evdə görməyincə, anasının yox olmağında ögəy qardaşının da bir payı olduğunu düşünərək sandığı açmağını istəmişdi. Bu xatirələri analiz etməyə başlarkən Freudun niyə anasının incə və zərif olmağına diqqət etməsi və bunu vurğulaması indi daha anlaşılır idi.”


shebnem