Əsas səhifə / Manşet / Göbələk zəhərlənməsinin əlamətləri və ilkin yardım
Bizi mobildən daha sürətli  izləyin

Göbələk zəhərlənməsinin əlamətləri və ilkin yardım

h

Hər il minlərlə zəhərlənməyə və ölümcül nəticələrə səbəb olan göbələk zəhərlənmələrinə vaxtında müdaxilə edilməsi həyati əhəmiyyətə malikdir.

Zəhərlənmələrin qarşını almaq üçün, göbələyi etibarlı yerlərdən alın, bilmədiyiniz göbələyi yeməyin. Göbələk yedikdən sonra ürək bulanma, qusma kimi əlamətlər varsa, təcili olaraq həkimə müraciət edin. Göbələk qəbulundan sonra, bəzən iki, bəzən altı, bəzən də iyirmi dörd saat sonra zəhərlənmə özünü büruzə verə bilər. Göbələyin növü, göbələyin içərisində olan zəhər ya da göbələyin üzərindəki bakteriyalara bağlı olaraq zəhərlənmələr görülə bilər.
İlan zəhəri qədər təhlükəlidir.

Göbələk zəhərlənməsi göbələyin növünə, tərkibindəki zəhərə və alınan maddənin miqdarına görə dəyişir. Bəzi güclü göbələklərdən bir dənə yemək belə ölümə səbəb ola bilir. Ancaq bəzi göbələk növlərində adam yüzlərlə göbələk yesə belə zəhərlənməsi çox təsirli olmaya bilər. Əgər göbələk zəhərlənməsi müalicə edilməzsə ölümə qədər uzanan zəncirləmə reaksiyaya səbəb olur. Göbələk zəhərlənməsi, ilan sancmasına bərabərdir. Eynilə ilan zəhərlənməsi kimi ölümcül bir zəhərlənmə növüdür. Çünki, ilan zəhərlənməsi də göbələk kimi sinir sisteminə təsir edir.

Zəhərlənmənin əlamətləri:

*Göz yaşarması,

*Tüpürcəyin artması,

*Tərləmə,

*Qusma,

*Qarın ağrısı.

Nə etməli?

*Göbələk yedikdən sonra sadlanana əlamətlər görülərsə, mütləq həkimə müraciət edin. Mümkünsə yediyiniz göbələyi də aparın.

*Barmaqla boğaza müdaxilə edərək qusmaqa çalışın. Əgər alınmırsa duzlu su içərək qusmanı təmin edə bilərsiniz.

Qatıq, su və duz da istifadə edilə bilər.

Göbələk ilə əlaqədar doğru bilinən səhvlər

Xalq arasında göbələk ilə əlaqədar bir çox əfsanə vardır. Ancaq bu inancların hamısı səhvdir və nəticələri ölümcül ola bilər.

Göbələyi qatıqla yesəniz zəhərlənməzsiniz.

Yaxşı bişirilmiş göbələkdə zəhər yox olur.

Göbələyi sirkəli və duzlu suda saxlasanız zəhəri itər.

Göbələyi günəşdə qurutsanız zəhəri uçar.

Çəməndə yetişən göbələk zəhərli deyil.

Göbələk qoparıldığında rəngi dəyişməzsə zəhərsizdir.

Ağaclardakı göbələklər zəhərsizdir.

Zəhərli göbələk gümüş qaşıq ilə bişirilsə qaşıq qaralar.

İlbizlər zəhərli göbələkləri yeməzlər.