Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Göbələkli toyuq ruleti
Bizi mobildən daha sürətli  izləyin

Göbələkli toyuq ruleti

356158

Göbələkli toyuq ruleti

Tərkibi:

– 4 toyuq filesi
-200 q göbələk
-4 x.q. sürtgəcdən keçirilmiş pendir
-1 baş soğan
-duz
-qara istiot
-100 q bitki yağı
-200 q xama
-5 diş sarımsaq
-2 x.q. doğranmış şüyüd

Hazırlanması:

Toyuq filelərini döyün, duz, istiot vurun. Göbələklə soğanı xırda doğrayın, azca duz-istiot vurmaqla qovurun.

Sous: xama, doğranmış şüyüd, əzilmiş sarımsağı qarışdırın.

Filenin üzərinə əvvəlcə qovrulmuş göbələyi,  sonra pendiri səpin, rulet kimi bükün. Diş çöpləri ilə bərkidib tavada hərtərəfli qızardın. Sonra dərin tavaya düzüb, üzərinə sous gəzdirib vam odda 15-20 dəqiqə bişirin.

Nuş olsun!

Buna da baxın

Bu qidalar xoşbəxt edir!

Whatsapp ilə Paylaş Özünüzü yorğun, bitkin hiss edir və ən əsası xoşbəxt olmadığınızı düşünürsünüzsə, yediklərinizdə …