Əsas səhifə / Manşet / Göbələyin bilmədiyiniz faydaları
Bizi mobildən daha sürətli  izləyin

Göbələyin bilmədiyiniz faydaları

k

Qida dəyərinə görə göbələklər ətdən, meyvə və tərəvəzlərdən geri qalmırlar.

Göbələklər zülal və karbohitratlarla, aminturşularla, B, C, E, PP, D, fosfor, kalium, sink, dəmir, kalsium, yod, fosfor, fol turşusu ilə zəngindir.

Lakin göbələkdə yağlar az olduğu üçün onlar azkalorili qida sayılır və arıqlamaq məqsədilə pəhriz saxlayanlar göbələkdən istifadə edə bilərlər.

Göbələyin tərkibində olan lesitin orqanizmdə xolesterinin yığılmasına mane olur. Bu səbəbdən göbələklər ürək-damar xəstəlikləri və müxtəlif maddələr mübadiləsi pozğunluqları zamanı çox xeyirlidir.

Ateroskleroz, piylənmə, diabet, hipertoniya və s. xəstəliklərinin profilaktikası üçün göbələklərdən istifadə edilməsi yaxşı effekt verir.

Sink və B qrupu vitaminlərlə zəngin olduğu üçün göbələklər fiziki və əgli yorğunluq, stress, gərginlik zamanı insan orqanizminə çox yaxşı kömək edir.

Bundan əlavə göbələklər xüsusi maddələr – antioksidantlarla olduqca zəngindir. Bu maddələr onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edir.

ABŞ-ın Milli xərçəng mərkəzinin alimləri sübüt ediblər ki, göbələklərdə xərçəng əleyhinə olan xüsusi maddələr var. Misal üçün, alimlərin fikrinə görə, şampinyonlardan istifadə olunması qadınları süd vəzisi xərçəngindən qoruyur.

Buna da baxın

Hər gün 5 alma çəyirdəyi yesəniz…

Whatsapp ilə Paylaş Alma çəyirdəkləri möcüzəli məhsuldur. Bu kiçik çəyirdəklərin tərkibində bir çox nadir faydalı …