Əsas səhifə / Əsas menu / Xəbər / Görünməmiş olay! 10 yaşlı qız ana oldu
Bizi mobildən daha sürətli  izləyin

Görünməmiş olay! 10 yaşlı qız ana oldu

Görünməmiş olay! 10 yaşlı qız ana oldu

387240673864

Dünən Türkiyə xəstəxanalarının birində görünməmiş hadisə baş verib

Dünən Türkiyə xəstəxanalarının birində görünməmiş hadisə baş verib.

İstanbul Qartal təhsil və araşdırma xəstəxanasına ötən axşam saat 21:00 radələrində gətirilən H.Ç. təcili olaraq doğuşa götürülüb. Normal doğuş nəticəsində oğlan körpəsi dünyaya gəlib. Doğuşdan sonra otağa yerləşdirilən anada həkimləri bir qəribəlik hiss ediblər. Belə ki, ana H.Ç.-nın şəxsiyyət vəsiqəsindəki doğum tarixi 05.01.2003 qeyd olunmuşdu. Yəni, 10 yaşlı bir uşaq körpə dünyaya gətirmişdi.

Bundan sonra həkimlər dərhal polisə xəbər veriblər. Tərcüməçinin köməyi ilə türkcə bilməyən ananın ifadəsi alınıb. 10 yaşlı ana heç kimdən şikayətçi olmadığını və öz razılığı ilə evləndiyini bildirib. Türk mətbuatına bütün hekayəsini danışan ana bunları deyib: “Mardində atamın ikinci həyat yoldaşından dünyaya gəlmişəm. 8 bacım, 4 qardaşım var. Heç şəxsiyyət vəsiqəm də yox idi. Məktəbə göndərmədilər. Keçən il böyük qardaşım evləndi. Mən isə gəlinimizin qardaşı ilə dini nikahla evləndim. Ərim S. çoban idi, 23 yaşı vardd. Toyumuz oldu. Maliyyə problemimiz olduğundan əvvəl Bursaya, bir ay öncə isə İstanbula gəldik. Həyat yoldaşım burda fabrikdə iş tapdı. Hamilə olduğumu 5 aylığında hiss etdim. Həkimə də getmədik. Gerçək yaşımı da bilmirəm, amma anam 18 yaşın var deyir. Məgər 10 yaşlı qız kimi görünürəm?”

Özünü müdafiə edən əri S.Ç onu aldatdıqlarını söyləyib. O, ifadəsində bunları deyib: “Evlənəndə 19 yaşında olduğunu dedilər. Atası günahkardı. Qeydiyyatdan keçdiyimizdə şəxsiyyət vəsiqəsini gördüm və atasına zəng etdim. Atası dedi ki, qızın 19 yaşı var, qeydiyyata gec alınıb. Məhkəməyə müraciət edib düzəltməsini istədim. Amma cəzası olar deyə eləmədim. Məni həbs etsələr, həyat yoldaşıma və körpəmə kim baxacaq? Burda tək günahkar qızın atasıdı”.


xezerxeber.com

Buna da baxın

Kibariyenin qızından biyabırçılıq: “Cinsi əlaqədə olduq”

Whatsapp ilə Paylaş Kibariyenin qızından biyabırçılıq: “Cinsi əlaqədə olduq” Türkiyəli müğənni Kibariyenin 14 yaşındakı qızının …