Əsas səhifə / Manşet / Görünüşünə görə bürcünü təxmin et…
Bizi mobildən daha sürətli  izləyin

Görünüşünə görə bürcünü təxmin et…

h

Qoç Bürc

Qoçlar getdiyi hər yerdə, hər zaman diqqət mərkəzində olmaq istəyərlər və bunun üçün əllərindən gələni edərlər. Bu səbəbdən dostları çoxdur və yoldaşları arasında olduqca məşhurdurlar. Qətiyyəli şəxsiyyət olmaqları ilə yanaşı, özlərinə olduqca güvənərlər. Qoçları baxışlarından və özlərindən əmin duruşlarıyla tanımaq mümkündür. Qoç bürcündə olanların əksəriyyətinin qaşları qalın olur. İdmana maraqlı olduqlarından, onlara idman salonlarında tez-tez rast gələ bilərsiniz. Gözəl dişləri olan Qoçlar gözlərini qaçırmadan gülümsəməkləri ilə ətrafdakıları təsiri altına ala bilirlər.
Fiziki quruluş olaraq, uzun üzlü, uzun boyunludurlar. Qolları və ayaqları güclüdür. Əsmər, buruq saçları var. Baxışları kəskindir. Sağlam bir dəriyə sahibdirlər.

Buğa bürcü

Rahatlarına olduqca düşkündürlər, əyləncəni, gecə gəzintilərini çox sevərlər. Hər şeyin ən yaxşısına sahib olmaq istədikləri üçün iş həyatlarında çox çalışırlar. Ev işlərindən də çox xoşlayırlar. Dostları və güvəndiyi yoldaşları üçün edə bilməyəcəyi fədakarlıq yoxdur. Buğaları fərqləndirən ən əhəmiyyətli xüsusiyyəti də dediklərindən dönməyən və inadkar olmalarıdır. Dalğalı saçları və qalın boyunları vardır. Qısa boylu, möhkəm bir bədən quruluşuna sahibdirlər. Qısa bir boyun və tünd göz rəngləri olur. Əsmər bədənli olub, dərin və mənalı baxışları vardır. Saçlar gur və buruq ola bilər.

Əkizlər bürcü

İnsanlarla bir araya gələrək uzun söhbətlər etməyi, dostlarıyla birlikdə vaxt keçirməyi çox sevərlər. Maraq sahələri çox genişdir və bir çox şeylə eyni zamanda məşğul olduqlarından bəzən yoldaşlarına vaxt ayıra bilməzlər. Nə zaman nə edəcəklərini təxmin etmək olduqca çətindir. Bir an ağızından bal damlayaraq sizinlə söhbət edərkən, gözlənilmədən əsəbi bir insana çevrilə bilər. Əkizlərin əksəriyyəti incə və uzun bədən quruluşuna malikdirlər.

Gözəl bir fiziki quruluşları vardır. Uzun boy, formalı bir bədən, uzun qol və qıçlar, tünd qumral saçlar, qəhvəyi gözlərə sahibdirlər. Baxışaları kəskindir və uzağı çox yaxşı görürlər. Ətrafa nəzarət və təhlil edə bilmə bacarıqları çox güclüdür.

Xərçəng bürcü

Xərçənglər tamamilə sürprizlərlə doludur. Bir an utancaq; bir an olduqca tənbəl ola bilərlər. İlk tanış olduğunuzda sizə dərhal öyrəşə bilməsələr də, qısa bir müddət sonra neçə illik dostunuz imiş kimi sizinlə vaxt keçirə bilərlər. Xərçəngləri anlamaq heç də asan deyil. Ən yaxınındakı belə onların içində gizli qalanları anlaya bilməz. Xərçənglərin ən gözəl xüsusiyyətlərindən biri də çox incə düşüncəli olmalarıdır. Kiçik hədiyyələrlə sürprizlər etməyi sevərlər. Yoldaşlarına çox bağlıdırlar və hər şeylərini onlarla paylaşmağa hazırdırlar. Çöldə gecə gəzintisindən çox evdə divanında dincəlməyi üstün tutarlar.
Xərçəng bürcü insanı fiziki olaraq; solğun ağ bədənli, orta və qısa boylu, yumru üzlüdür. Gözləri ümumiyyətlə boz və ya mavidir. Saçları mat və qəhvəyi olur.

Şir bürcü

Bütün Şirlər üçün ortaq olan bir nöqtə; istədiklərini həyata keçirə bilmək üçün var gücləriylə, sonuna qədər mübarizə aparan olmaqlarıdır. Bundan əlavə daima diqqət mərkəzində olmaq istərlər. Şir bürcünün kişiləri ətrafındakılardan hər zaman daha çox maraq görmək istədikləri üçün geyim tərzi, hərəkətləri və danışlarıyla diqqəti üzərlərinə çəkməyi bacararlar. İdarə etməyi və lider olmağı sevdiklərindən ümumiyyətlə yüksək mövqelərdə çalışarlar. Gur saçları və insanlara yuxarıdan aşağı baxışlarıyla özlərini dərhal büruzə verərlər.

Boyları ümumiyyətlə uzun və sümükləri qalındır. Çiyinləri geniş, əzələləri inkişaf etmişdir. Açıq rəngli saçları, çəhrayı ağ bədənli, böyük və yumru sifətəmalikdirlər. Gözləri yaxşı görür.

Qız bürcü

Tünd rəngli gözləri, dərin baxışları və ağ bənizləri ilə dərhal diqqət çəkərlər. Hər vaxt qəşəng tərz sahibidirlər. Dostlarıyla birlikdə vaxt keçirdikləri vaxt Qız bürcü daima ətrafını gözdən keçirərkən görərsiniz. Qız bürcü nümayəndələrinin instinktləri və insanları təhlil edə bilmə qabiliyyətləri olduqca yüksəkdir. Qızların digər bir xüsusiyyəti isə, başqalarını davamlı tənqid etdiklərinə baxmayaraq , özlərinə gələn tənqidləri normal qarşılamamalarıdır. Qızlar kimsəyə asan inanmazlar və buna görə çox vaxt təkdirlər.

Qız bürcünün tipik fiziki xüsusiyyətləri: Uzun bir boy, incə bir beldir; üzü çəhrayı ağ və ya əsmərdir. Saçları tünd rənglidir. Sağlam saç tellərinə malikdirlər. Baxışları insanın ruhuna toxunduğu üçün dərhal onun təsirində qalarsınız. Fərqli bir çəkiciliyi var.

Tərəzi bürcü

Tərəzilər xoş rəftarlı olduqlarından hər şeydən çox xoşlanarlar. Bu bürcün qadınları və kişiləri cazibələri və görünüşləri ilə ətrafındakılarına dərhal təsir edərlər. Tərəzi kişiləri qadınlara necə davranılması lazım olduğunu olduqca yaxşı bilirlər. Anlayışlı və uyğun strukturları sayəsində insanlarla yaxşı münasibət qurarlar.

Tərəzilərin fiziki strukturları çox güclüdür. Onlara Zodyakın ən gözəl kişiləri deyə bilərik. Uzun boylu, incə bədənli, düz qəhvəyi saçlı, yumru üzlü, ağ bənizli və tünd rəngdə gözlərə malikdirlər..

Əqrəb bürcü

Əqrəb bürcləri cəsur hərəkətləri və hər kəsə meydan oxuyan baxışlarıyla özündən əmin bir görünüş sərgilərlər. Başlarına qoyduğu hər şeyə nə olursa-olsun çatarlar və mübarizəçi şəxsiyyətləriylə bəzən çox ürək qıra bilərlər. Ancaq əqrəblər ümumiyyətlə təmiz ürəkli və dürüstdürlər. Sevdiklərinə həddindən artıq bağlı olmalarının yanında onlar üçün hər cür fədakarlığı edərlər. Danışma və özlərini ifadə edə bilmə qabiliyyətləri sayəsində ətrafında bir çox insan vardır.

Əqrəblərin fiziki strukturları belə xeyli maraqlıdır; orta ya da daha uzun boylu ola bilərlər. Qalın lakin düzgün bir bədənləri vardır. Üzləri yumrudur. Saçları tünd rəng və dalğalı, hətta buruqdur. Gözləri inanılmaz çəkicidir. Bir Əqrəbi baxışlarından asanca tanıya bilərsiniz.

Oxatan bürcü

Azadlıqlarına düşkün və macəraçı ruhludurlar; ona görə də bir Oxatanla qarşılaşdığınızda onu başından keçən maraqlı macəraları və tətil hekayələrini izah edərkən görə bilərsiniz. İdman fəaliyyətlərindən böyük zövq alarlar və enerjiləri heç bitməz, daima bir yerdən o biri yerə qaçarlar, yeniliklərə açıqdırlar. İşlərinə bağlı və əzmli olmaları sayəsində iş həyatlarında yaxşı mövqedə olarlar. Oxatanlar uzun və atletik bir quruluşa sahibdirlər. Özlərinə daim güvənən və optimist olduqları baxışlarına əks olunmuşdur. Parlaq və cazibədar bir təbəssümə sahibdirlər. Qeyr-adi , fərqli geyinməkdən xoşlandıqları üçün, onları fərq etməmək mümkün deyil. Daxillərindəki uşaq əsla böyüməz.

Oxatan bürcünün xarici görünüşü: Uzun boy, incə və arıq bədən, cazibədar bir üz, qəhvəyi saçlar, çəhrayı-ağ vücud.

Oğlaq bürcü

Bir Oğlaqla tanış olduğunuzda ilk təəssüratınız onun nə qədər ciddi olduğu ola bilər. Ancaq Oğlaqlar əslində olduqca incə bir yumor duyğusuna sahibdirlər və bu qabiliyyətləri sayəsində insanlara təsir etməyi bacararlar. Hər zaman sakit və idarəlidirlər. Bir Oğlaqı hirsləndirmək çətindir amma əsəbləşdiyi zaman yeri göyü ayağa qaldırar və hirsi keçənə qədər də onu sakitləşdirmək çox çətindir. Ədalətli və qərarlı olduqları üçün müvəffəqiyyətli bir lider kimi mövqe tutarlar. Oğlaqların əksəriyyəti incə quruluşa sahib olurlar.

Fiziki xüsusiyyətləri; qısa boy, incə quruluş, uzun və incə bir üz. Uzun diqqətə çarpan bir çənə. Saçlar ümumiyyətlə qaradır. Bədən dar və uzun qıçlara sahibdirlər. Dizləri ümumiyyətlə çıxıntılıdır. Gözəl bir üz strukturları vardır. olduqları üçün model dünyasında tez-tez oğlaqlara rast gələrik. Dəriləri illər keçdikcə daha gənc olur. Soyuq görünüşləri onlara əlçatmaz bir hava versə də, özlərinə güvənən bir tablo da ortaya çıxarar. Özündən əmin rəftarlarıyla hər kəsi özünə heyran buraxmağı bacarırlar.

Dolça bürcü

Dolçalarla əlaqədar ilk təəssüratınız onların nə qədər özünü bəyənmiş və əlçatmaz olduğudur. Ancaq onları tanıdıqdan sonra heç də göründükləri kimi olmadığını anlayarsınız. Dolçalar əslində yumşaq təbiətli və dostcanlıdırlar. Azadlıqlarına çox düşkündürlər və ona qadağalar qoyulsa qarşısındakından uzaqlaşarlar. İçlərindən gəldiyi kimi yaşamaqdan xoşlandıqları kimi məntiqlərindən çox ürəklərinin səsini dinləməyi seçərlər.

Orta və uzun bir boy, düzgün bir bədən, açıq sarı saçlar, tünd rəngli gözlər ən diqqətə çarpan xüsusiyyətləridir.

Balıq bürcü

Bir balıqla danışdığında onun əslində sizin yanınızda deyil də başqa bir dünyada olduğunu düşünərsiniz. Balıqlar öz dünyalarında, öz yuxularını görərlər; başqalarının dediyini o qədər də ciddiyə almazlar , yalnız öz doğruları ona həyatında istiqamət verir. Buna görə bir Balıqı sözlərinizlə istiqamətləndirmək qeyri-mümkündür. Balıqlar düşdükləri mühitə çox asan uyğunlaşarlar, harada necə davranılması lazım olduğunu çox yaxşı bilirlər.

Balıq ətində olub qol və qıçları qısadır. Solğun bədənli, açıq qəhvəyi gözlü, yuxulu kimi gözləri vardır. Kökəlməyə meyllidirlər. Yaşlandıqca alın açılır və gicgahlardan bəyazlamaya başlayır. Hər şeyə çox tez ağladıqları üçün, gözləri həmişə nəmlidir.