Əsas səhifə / Əsas menu / Gözəllik / Gözəl və baxımlı görünməyin sadə yolu
Bizi mobildən daha sürətli  izləyin

Gözəl və baxımlı görünməyin sadə yolu

Gözəl və baxımlı görünməyin sadə yolu

Üz kremi

Üzünüzə günəşdən qorunmaq üçün krem çəkərkən boyun nahiyənizi də unutmayın. Eyni zamanda əllərinizi də mütamadi olaraq kremləyin. Çünki bu bölgələr ən az cildiniz qədər həssasdır. Həm də qadının yaşını ən çox bu nahiyələr büruzə verir.

Daha gözəl dırnaqlara sahib ol.

Mütəxəssilər fransız qadınlarının diyet menularından pendir, fındıq və sarımsaq kimi qidaları əksik etmədiklərini söyləyir. Bu qidalar dırnaqları və saçları möhkəmləndirir və canlılıq verir. Siz də fransız qadınları kimi daha möhkəm dırnağa və canlı saçlara sahib olmaq istəyirsinizsə, menunuzdan bu qidaları əksik etməyin. Eyni zamanda sarımsağı əzərək dırnaqlarınıza masaj hərəkətləri ilə tətbiq edin.

Qurumuş əllərinizi necə qoruyaq.

Əgər əlləriniz quruyursa, bunun üçün limon qabığı ilə müntəzəm olaraq əllərinizi masaj edin.

Dodaq boyasından istifadə edin.

Fransız qadınlarının ecazkar görünüşünün əsas detallarından biri də pomada sürtmədən evdən çıxmamaqlarıdır. Siz də sadə və ecazkar görünüşə sahib olmaq üçün blesk, dodaq balzamlarından deyil, pomadalardan istifadə etməyə üstünlük verin.

Üz maskalarından düzgün isitfadə edin.

Yağlı cildə sahib olan xanımlar, 1x/qaşığı sandalağacı tozu ilə bir çimdik sarı kök (zərdəçal) və bir neçə x/qaşığı portağal suyunu, normal cildlər üçün isə portağal suyunu gül suyu ilə əvəz edərək maska hazırlayıb üzünüzə tətbiq edin.

Cildin gözəlləşməsi üçün

Üzünüzü təravətli daha da canlı görüməsi üçün hər səhər su, gül suyu və toniki qarışdıraraq üzünüzə tətbiq edin. Üzünüz olduqca təravətli görünəcək.

Tonal kreminizin təbiiliyi üçün

Əgər tonal kreminizin üzünüzdə hiss olunmamasını istəyirsinizsə, onda tonal kreminizə bir az da istifadə etdiyiniz nəmləndirici krem əlavə edin, və ya əvvəl üzünüzə nəmləndiri krem çəkib sonra tonal kremi tətbiq edin.

Daha gözəl saçlar.

Yağlı saçlar üçün masaj çox əhəmiyyətlidir. Həftədə bir gün hindistan cevizi, zeytun və badam yağını 5 dəqiqə müddətində masaj edərək saçlarınıza çəkib 10 dəqiqə gözlədikdən sonra yuyun.

Buna da baxın

Bu il dəbdə olan hörük modelləri

Whatsapp ilə PaylaşHəm qısa, həm də uzun saçları olduqca gözəl göstərən hörüyün təkrar dəbdə olduğu …