Əsas səhifə / Əsas menu / Gözəllik / Gözəllik hiylələri
Bizi mobildən daha sürətli  izləyin

Gözəllik hiylələri

k

Mətbəxdə istifadə etdiyiniz ərzaqlardan gözəlliyiniz üçün də istifadə edə bilərsiniz.

Qadınklubu.com bəzi gözəllik sizrlərini təqdim edir:

Kartof bişirilmiş suyu atmayın. 5 – 10 dəqiqəlik belə vannalar əllərində çat olanlar üçün əhəmiyyətli vasitədir. Vannadan sonra əllərə krem çəkməyi unutmayın. Bu sudan saçlarınızı yaxalamaq üçün də istifadə edə bilərsiniz.

Düyünq qaynatdıqdan sonra süzülmüş suyu atmayın. Suyun qatı hissəsini şüşə və ya emal qabda soyuducuda saxlamaqla (cəmi 4 gün saxlamaq olar) üz dərisinin kompresi kimi istifadə edə bilərsiniz. Bu həlimdən həftədə 2 dəfə istifadə etməklə həm üzdəki qırışları yox edə bilərsiniz, həm də parlaq, cilalı dəriyə sahib olarsınız.

Barmaqlarınızın gözəl görünməsi üçün sürtgəcdən keçirilmiş kartof, çay sodası və diş pastası qarışığından hazırlanmış məlhəmdən istifadə edə bilərsiniz. Qarışığı barmaqlarınıza çəkib 5 -10 dəqiqə gözləyin, sonra yuyub, dərinizə uyğun krem çəkin.