Əsas səhifə / Əsas menu / Gözəllik / Gözəlliyinə kölgə salacaq kosmetik səhvlər
Bizi mobildən daha sürətli  izləyin

Gözəlliyinə kölgə salacaq kosmetik səhvlər

hh

Gözəl görünmək hər bir xanımın arzusudur.

Bunun üçün vaxtına, büdcəsinə verdiyi ziyan üçün əsla heyfslənməzlər. Amma bəzən diqqətimizi kosmetikanın keyfiyyətli olmasına verib, bəzi incə nüansları gözdən qaçırırıq. Hansı ki, bu gözdən qaçan məqamlar birbaşa olaraq, gözəlliyimizə kölgə sala bilər. Bu kimi hallarla qarşılaşmaq istəmirsinizsə, un sizlər üşün araşdırdığı bir bu kimi meyarlarla siz də tanış olun.

Kosmetik fırçaların yuyulmaması:

Göz və dodaq makiyaj fırçalarını gündəlik olaraq, digərlərini isə həftədə bir dəfə yumaq lazımdır. Əks təqdirdə makiyaj fırçaları, bakteriyaların üçün bir sığınacaq halına gələcəkdir. Ayrıca nizamlı olaraq təmizlənmədiklərində, fırçalarının üstündə yığılan tortular makiyaj tətbiqi zamanı yaxşı bir performans almanızı qeyri-mümkün hala gətirəcək.

Tuş fırçası ilə oynamaq:

Kirpikləri daha da dolğun göstərə bilmək üçün, tuş fırçasından çox istifadə fırçanın hava ilə təmasına səbəb olur və nəticədə fırça daha tez quruyur.

Çox tonal krem istifadə etmək:

Çox miqdarda tonal krem istifadə etmək, dəridə maskaya bənzər bir görünüş yaradar. İşin sirri nəmli bir süngər istifadə etməklə tonal kremi incə bir təbəqə halında dəriyə sürtməkdir.

40 yaş sonrası işıltılı məhsullar istifadə:

İçində parıltılar olan makiyajlar göz və dodaq kənarındakı xəttlərin içinə dolaraq, onların daha da diqqəti cəlb edən hala gəlməsinə səbəb olurlar.

Boyun bölgəsinə laqeyd qalmaq: Nəmləndirici və günəş qoruyucu kreminizi alın bölgənizi başlayaraq, dekolteyə qədər tətbiq edin. Nə də olsa üzünüzlə müqayisədə on il yaşlanmış bir boyunla gəzmək istəməzsiniz.

Qaşları normadan çox almaq:

Maqqaş köməyi ilə qaş almaq qaş köklərinə zərər verir və getdikcə azalmalarına səbəb ola bilər. Qaşlara, uzanması üçün zaman tanıyın və nude tonlu qələmlərlə qaşlarınıza forma verin.

Nəmləndiricini səhv tətbiq etmək:

Əgər dərinizin nəmli olmasını istəyirsinizsə, nəmləndiricinizi duşdan dərhal sonra, dəriniz hələ nəmliykən, üzünüzə və bədəninizə tətbiq edin.

Tez-tez lak istifadə: Qalıcı laklar, xüsusi vəziyyətlər ya da səyahətlər üçün daha məsləhətlidir. Dırnaq boyanızı həftədə bir silərək, dırnaqların hava almasına icazə verin.

Günəş kreminə əhəmiyyət verməmək:

Günəş qoruyucu kremlər yalnız çimərlik üçün istifadə edilmir. Çölə hər çıxdığınızda dəriniz günəş şüalarına məruz qalır və nəticədə ləkələrə qarşı müdafiyəsiz qalır.

Sulfat tərkibli şampun istifadəsi: Bu şampunlar yuyucu xüsusiyyətində olduqlarından təbii saç rənginizin piqment itkisinə məruz qalmasına və solmasına səbəb olacaq.

Saçlardakı ağları qopartmaq:

Qopardığınız ağ saçlar uzadıqlarında daha qısa olacaq və bu səbəbdən daha çox diqqət çəkəcəkdir. Ayrıca saç kökünə vermiş olduğunuz ziyan səbəbi ilə saç itkisi problemi da yaşaya bilərsiniz.

Buna da baxın

Geyimlərinizi bel uzunluğunuza görə seçin

Whatsapp ilə PaylaşGözəl görünmək üçün hər bir qadın düzgün geyim seçimi etməlidir. Düzgün geyimi seçmək …