Əsas səhifə / Əsas menu / Gözəllik / Gözəlliyin sirri – ALMA
Bizi mobildən daha sürətli  izləyin

Gözəlliyin sirri – ALMA

apple-beauty-andrey-maximov-in-article

Qadinklubu.com bugün sizə ev şəraitində almadan hazırlanan maskaları təqdim edəcək.
İlk olaraq onu nəzərinizə çatdıraq ki, quru dəriyə şirin alma, yağlı dəriyə isə turş alma maskası faydalıdır.

Bütün dəri növləri üçün maska

-Üz dərisinə qısa zamanda təravət bəxş etmək üçün yuyunduqdan sonra üzünüzü bu məhlulla yaxalayın: 1 çay qaşığı alma sirkəsi + 0.5 litr su

Almanın yarısını və kökü sürtgəcdən keçirin. Qarışığı dərinizə çəkin və 20 dəqiqə saxlayın. Yuduqdan sonra fərqi özünüz hiss edəcəksiniz.

-Almanı sürtgəcdən keçirin və üzərinə yumurta sarısı əlavə edərək qarışdırın. Maskanı üzünüzə çəkin. 15-20 dəqiqədən sonra isti su ilə yuyun. Bu maska həm üz dərinizi təmizləyir, həm də dərini vitaminlə zənginləşdirir.

-Alma və xiyarı sürtgəcdən keçirin. Qarışığı qalın qatla üzünüzə çəkin. 15-20 dəqiqədən sonra yuyun. Maska üzdəki qara nöqtələri aparır və üzü təravətləndirir.

Quru dəri üçün maska

Almanı sürtgəcdən keçirin. Üzərinə 1 çay qaşığı xama və bir az qreyfrut şirəsi əlavə edin. Bunları yaxşı qarışdırın və üzünüzə çəkin. 15 dəqiqədən sonra isti su ilə yuyun.
Sürtgəcdən 2 xörək qaşığı alma keçirin. 1 xörək qaşığı zeytun yağı ilə qarışdırın. Üzünüzə çəkin, 20 dəqiqədən sonra isti su ilə yuyun.

Yağlı dəri üçün maska

-Almanı sobaya qoyun və qızardın. Sonra 1 xörək qaşığı almadan götürün və üzərinə yumurtanın ağını əlavə edib qarışdırın. Dərinizə çəkin və 20 dəqiqə gözləyin. Sonra soyuq su ilə yuyun.

-Yarım almanın qabığını soyun və blenderlə əzin. Üzərinə yarım çay qaşığı bal əlavə edib qarışdırın. Qarışığın üzərinə yarım çay qaşığı limon suyu və yarım çay qaşığı zeytun yağı əlavə edib yaxşı qarışdırın. Maskanı üzünüzə çəkin. 10-15 dəqiqədən sonra ilıq su ilə yuyun.

Buna da baxın

Çaytikanı yağı ilə gözəlləşin – Necə?

Whatsapp ilə Paylaş Çaytikanı yağı kosmetologiyada müxtəlif kremlərin və kosmetik maskaların tərkibində geniş istifadə olunur. …