Əsas səhifə / Əsas menu / Gözəllik / Gözəlliyinizi günəbaxan ilə qoruyun
Bizi mobildən daha sürətli  izləyin

Gözəlliyinizi günəbaxan ilə qoruyun

3084513020c3

Gözəlliyinizi günəbaxan ilə qoruyun

Faydalı yeməklərin əvəzedilməzi günəbaxan yağının dəriniz üçün möcüzəvi faydasının olduğunu bilirdizmi?

Günəbaxan yağının sızanaq, eqzema, yara, qızartı və qıcıqlanmaya qarşı möhtəşəm sağaldıcı gücü var. Sizlərə günəbaxan yağının baxım üçün gündəlik istifadə üsullarını təqdim edirik.

A, C və D vitamini ilə zəngin olan günəbaxan yağını nəmləndirici olaraq birbaşa dərinizə sürtə bilərsiz.

Sızanaqlarla mübarizə aparan günəbaxan yağı sızanaqlı dəriyə çəkildiyində dərinin yenilənməsinə kömək edir. Pambıq köməyi ilə dərinizə sürtə bilərsiz.

Günəbaxan yağını göz kremi olaraq istifadə edə bilərsiz. Hər gecə yatmadan əvvəl gözaltlarına pambıqla çəkdikdə fərqi hiss edəcəksiz.

Günəbaxan yağı quru saçlardan şikayət edənlər üçün möhtəşəm çarədir. Ovcunuzun içinə bir az günəbaxan yağı töküb saçlarınıza vurun, sonra durulayın.

Tez-tez manikür etdiyiniz üçün dırnaqlarınızın qırılmasından şikayət edirsizsə, günəbaxan yağından istifadə edə bilərsiz. Dırnaqlarınızı gücləndirəcək.

Buna da baxın

Şalvar geyinməmək üçün 10 səbəb

Whatsapp ilə Paylaş Günümüzdə xanımların və kişilərin əvəzedilməz olan şalvarda hər nə qədər rahat da …