Əsas səhifə / Əsas menu / Gözəllik / Gözətrafı qırışlardan xilas olmağın qaydası
Bizi mobildən daha sürətli  izləyin

Gözətrafı qırışlardan xilas olmağın qaydası

qrışlara səbəb olan 10 səhv
İrəliləyən yaş ilə birlikdə, dəridə olduğu kimi göz ətrafında də qırışlar yaranmağa başlayır. Təbii bunun tək səbəbi yaşın irəliləməsi deyil. Bəzi pis vərdişlər və ekoloji xarici faktorlar da bu prosesin sürətlənməsində əhəmiyyətli rol oynamaqdadır.

Nizamlı yuxu çox əhəmiyyətlidir

Çox ya da az yatmamamq vacbdir. Hər gün 8 saatlıq bir yuxu göz sağlamlığı üçün çox əhəmiyyətlidir. Daimi və kafi yuxu, gözlərin istirahət etməsini təmin edir və gözaltı torbaların yaranmasının qarşısını alır.

Xüsusilə də gərgin rejimli işçilərin nizamlı yuxu yatmalıdırlar. Mümkünsə günorta yeməyindən sonra gözlərini 5-10 dəqiqə istirahət etdirmək lazımdır.

Göz makiyajı hər axşam yatmamışdan əvvəl mütləq təmizlənməlidir

Göz makiyajı təmizlənərkən, göz ətrafı sərt silinməməlidir. Göz, sağa-sola ovuşdurularak təmizlənməməlidir. Bu, göz ətrafının qırışmasına səbəb olur. Tam olaraq təmizlənməyən göz makiyajı qalıqları və ya uyğun olmayan təmizləmə məhsulları gecə boyunca göz ətrafına zərər verir.

Gecə yatmamışdan əvvəl göz ətrafına mütləq göz ətrafı qidalandırıcı krem çəkilməlidir.
Kremi yüngül hərəkətlərlə masaj edərək yaymaq lazımdır.

Həftədə mütəmadi olaraq üç dəfə üz məşqi etsəniz, göz ətrafındakı müsbət dəyişikliyi fərq edə bilərsiniz.

Hər iki əlinizi rahat bir şəkildə əllərinizin üstü çölü göstərəcək şəkildə göz kənarlarına qoyun. Əllərinizi qulaq xəttinə doğru çəkərkən üzünüzün gərginləşdiyini hiss edəcəksiniz. Bu sırada gözləriniz bağlı olsun, elə ki, göz qapaklarınızdakı titrəməyi hiss edin.

Buna da baxın

Göz ətrafı qırışları bu qaydalarla yox edin

Whatsapp ilə Paylaş Müəyyən yaşdan sonra xanımların qorxulu yuxusu olan qırışlar artıq özünü göz ətrafı …