Əsas səhifə / Əsas menu / Sağlamlıq / Göz ağrısını və yorğunluğunu aradan qaldıran sadə məhlul
Bizi mobildən daha sürətli  izləyin

Göz ağrısını və yorğunluğunu aradan qaldıran sadə məhlul

göz

Göz ağrısını və yorğunluğunu aradan qaldıran sadə məhlul

Kompüter qarşısında uzun müddət oturmaq, yaxud bütün günü telefonla internetdə olmaq göz ağrısı və göz ətrafında şişkinlik yaradır. Nəticədə gözdə və başda baş verən ağrılar insanın həyat keyfiyyətini məhdudlaşdırmaqla yanaşı, işinə də ciddi şəkildə mane olur, məhsuldarlığını aşağı salır.

Bəs, bu problemi necə həll etmək olar?

Bu problemi həll etmək üçün mütəxəssislər gül suyu məsləhət görürlər. Gül suyu sayəsində göz ağrısı və göz yorğunluğunu qısa zamanda azaltmaq mümkündür.

Ərzaqlar:

1 ədəd qızılgül

1 stəkan qaynar su

1 çay qaşığı bal

Hazırlanması:

1 ədəd qızılgülün ləçəklərini 1 stəkan suda qaynadın. 10 dəqiqə dəm aldıqdan sonra süzün və içinə 1 çay qaşığı bal əlavə edin. Qarışığı gözlərinizin ətrafına diqqətlə sürtün. Bunu hər gün təkrarlasanız, gözlərinizin şişkinliyi qısa zamanda çəkiləcək, ağrılar azalacaq, baxışlarınızdakı yorğun ifadə yox olacaq.

 

Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …