Əsas səhifə / Əsas menu / Gözəllik / Göz altı qaralardan xilas olun
Bizi mobildən daha sürətli  izləyin

Göz altı qaralardan xilas olun

Göz altı qaralardan xilas olun

Bir çox xanımın gözəllik problemlərindən biri göz altında formalaşan qara ləkələrdir. Göz altı qara ləkələrin meydana gəlməsinə, qeyri-düzgün qidalanmaq, vitamin azlığı əsas səbəb kimi göstərilsə də, bəzən göz yorucu bir iş ilə məşğul olmaq da bu problemin yaranmasına təkan verə bilir. Göz altı qara ləkələrin əsl səbəbini öyrənmək üçün ilk olaraq bir mütəxəssis həkimə müraciət etmək lazımdır. Xəstəlik və ya vitamin əskikliyi kimi problemləriniz varsa, müalicə almağınız daha məsləhətdir. Əgər yorucu işlərdən qaynaqlanırsa, onda qadınklubu.com-un təklif etdiyi bitki mənşəli üsullardan istifadə edə bilərsiniz.

Çay

Lavanta, cökə, zanbaq və çobanyastığı çayları ilə hazırlanan müalicəvi maskalar, gözlərdəki göyərmə, yorğunluq və şişkinliyi aradan qaldırır. Maskanı hazırlamaq üçün bir miqdar cökəni, 1 çay stəkanı qaynar su ilə qarışdırın. Sonra süzərək soyumağa qoyun. Makiyaj pambıqlarını hazırladığınız çaya vurub göz qapaqlarınıza dairəvi toxunuşlarla tətbiq edin. 10 dəqiqə gözlədikdən sonra üzünüzü təmizləyin.

– Lavanta və ya çobanyastığı çayını qaynatdıqdan sonra soyumağa qoyun. Makiyaj pambıqlarını çaya batıraraq əlinizlə sıxın. Suyunu yaxşıca aldıqdan sonra göz qapaqlarınıza tətbiq edin. Bununla yanaşı 25 yaşdan etibarən göz ətrafı kremlərindən istifadə etməyiniz lazımdır.

– Göz altı bənövşəliklər üçün təklif etdiyimiz təbii baxım üsulu isə göz ətrafına buğda və avakado yağı istifadə etməkdir. Bu iki yağı qarışdırdıqdan sonra çöldən içəriyə doğru dairəvi hərəkətlər ilə çox basdırmadan göz ətrafına sürtün.

– Ayrıca hər gün nizamlı olaraq qatıq sürtmək və alma qabığını göz qapağında gözlətmək də faydalıdır.

Kartof

– 2 dilim kartofu doğrayaraq göz qapaqlarınıza yerləşdirin. 15 dəqiqə gözlədikdən sonra üzünüzü yaxşıca təmizləyin.

– Yarım stəkan qaynar suya 2 paket çay əlavə edin. Makiyaj pambıqlarını çaya batıraraq əlinizlə sıxın. Sonra göz qapaqlarınıza qoyub 10 dəqiqə gözləyin və üzünüzü təmizləyin.

Göz altı torbaları üçün

İki çay stəkanı su qaynadın. İki xörək qaşığı olacaq qədər fındıq yarpağını əlavə edərək, 15 dəqiqə gözlədin. Süzmə əməliyyatını tamamladıqdan sonra soyumağa qoyun. İki makiyaj pambığını çaya vurub asta bir tərzdə sıxdıqdan sonra gözlərinizin üstünə qoyun və 10 dəqiqə gözlədin. Sonra üzünüzü yuyun.