Əsas səhifə / Əsas menu / Sağlamlıq / Alternativ tibb / Göz altı torbaları yox etməyin üsulları
Bizi mobildən daha sürətli  izləyin

Göz altı torbaları yox etməyin üsulları

goz alti tobalar

Göz altı torbaların şişməsi, xüsusilə, yuxusuz keçirdiyimiz günlərdən sonra tez-tez rastlaşdığımız problemdir. Göz altı şişləri bəzən o qədər narahat edir ki, qarşımızdakı insanın diqqətini çəkir. Göz altının şişməsi uzun müddətlidirsə və ya tez-tez olursa mütləq həkimə müraciət edin. Əgər yuxusuzluq, yorğunluğa görə göz altı tobalar şişirsə, qadinklubu.com un sizə bəzi məsləhətləri var.

Göz altı torbalar niyə şişir?

Bir çox səbəbləri ola bilər. Əsas səbəbləri az yatmaq, yalnış qidalanma və pəhriz saxlamaqdır. Alergiya, çox ağlamaq, stress, ani hava dəyişməsi, hormonal dəyişiklik, bədəninizdə gizli olan xəstəliklər göz altı torbaların şişməsinə səbəb olur. Buna görə də uzun müddət şiş olarsa  həkimə  getmək məsləhətdir.

Göz altı torbalar və şişlərdən necə xilas olmalı?

  1. Göz altına çay qoymaq hamı tərəfindən bilinən üsuldur. Yaşıl çay da, qara çay da istifadə edə bilərsiniz. Hər ikisi də göz altı şişlər üçün təsirli vasitələrdir. 2 ədəd paket çayı qaynanmış suda 2 dəqiqə saxlayın. Daha sonra soyusun. Çaylar soyuduqdan sonra göz altlarınıza torbası ilə birlikdə qoyun. 10-15 dəqiqə saxlayıb atın.
  2. Xiyar gözlərin dincəlməsi üçün əla vasitədir. Dərinizə ehtiyacı olan nəmləndirməni, göz altı qaralmalarını, qırışları azaltmaq üçün istifadə edə bilərsiniz. Boşqabın içinə 1 ədəd xiyar dilimləyib soyuducuya qoyun. 10 dəqiqə soyuducuda saxlayıb bir neçə dilimi göz altına düzün. 5 dəqiqə sonra bu dilimlər isindikdə dəyişirik. Çox soyuq qoymayın və cəmi 10-15 dəqiqədən çox gözünüzdə saxlamayın. Gözün ətrafı həssasdır buna görə də diqqətli olmalısınız.
  3. Soyuq qaşıq göz altı torbalara və şişlərdə toksin və suyun dağılmasına kömək edəcək. Soyuq qaşığı, xüsusilə, səhər oyananda gözləriniz şişibsə, edə bilərsiniz. 2 ədəd qaşığı soyuducuya qoyub 10 dəqiqə saxlayın. Daha sonra göz altına qaşığın arxasını qoyaraq 5 dəqiqə gözləyin. Bu prosesi 10 dəqiqədən çox davam etməməniz tövsiyə olunur.
  4. Yumurta ağı ilə hazırlayacağınız təbii maska  şişlərin dağılmasına kömək edəcək. Soyuducudan soyuq yumurta götürün( soyuq olması mütləqdir). Yumurtanın ağını ayıraraq qabın içərisində yaxşı qarışdırın. Təmiz barmaqlar ya da fırça ilə göz altına çəkin.
  5. Su içdikdə göz altı şişməsinə səbəb olursa diqqətli olun. Yetərincə su içmədikdə göz altında su yığılır. Bədəndə baş ağrısı kimi bir çox problemlər su çatışmazlığından olur. Buna görə də gün ərzində 2 l su içilməlidir.

Buna da baxın

Ləziz ponçiklər

Whatsapp ilə PaylaşTərkibi: 500 ml süd 2 yumurta 125 qr yağ- marqarin  və ya kərə …