Əsas səhifə / Əsas menu / Gözəllik / Göz qələminin axmaması üçün bunları edin
Bizi mobildən daha sürətli  izləyin

Göz qələminin axmaması üçün bunları edin

Göz qələminin axmaması üçün bunları edin

Göz qələmi çoxu qadının əvəzedilməz makiyaj vəsaitlərindəndir. Göz qələmi gözləri cazibədar göstərsə də, bir müddətdən sonra axması ilə bütün makiyajı korluyur. Bu problem yəqin ki, göz qələmi istifadə edən xanımlara tanışdır. Göz qələmlərinin  xüsusilə isti havalarda, tərlədiyimizdə  və. s hallarda reallaşan axma probleminin qarşısını necə almaq olar sualı bir çox xanımları düşündürür. Ona görə də qadınklubu.com siz xanımları düşünərək, göz qələmi axmasının qarşısını almaq üçün etməli olduğunuz bir sıra üsülları təqdim edir.

Göz qələminin müxtəlif funksiyaları vardır, hansı ki bu sizin qələmdən istifadə istəyinizdən asılıdır. Belə ki, qələm özün içinə çəkildiyində gözü kiçik, kirpiklərin xaricinə sürtüldüyündə isə gözlərinizin daha iri görünməsinə müvəffəq olursunuz. Gözün içinə ağ qələm çəkmək də gözləri böyük və cazibədar göstərən makiyaj hiylələrindəndir.

Alışqandan istifadə edin

Göz qələminin uzun müddət axmaması  üçün istifadə etməmişdən əvvəl bir neçə saniyə alışqanlar qələmin ucunu yandırın. Belə etdiyiniz halda həm qələminizin rəngi olduğuna nisbətən tünd görünəcək, həm də axmayacaq.

Göz qələmi seçimi

Göz qələmi alarkən çox vaxt xanımlar qələmin daha rahat və  yumşaq sürülməsinə görə seçim edirlər. Təbii ki bu önəmli olduğu qədər karandaşın növünə dədiqqət yetirin. Göz qələminizin uzun müddət ilk effektini saxlaması üçün alarkən karandaşı suya dayanıqlı (waterproof) olmasına fikir verin. Bu qələmlər uzun müddət makiyajınızın olduğu kimi qalmasını təmin edəcək.

Göz kölgəsi

Göz qələminizi gözünüzə sürmədən əvvəl, göz qələmi sürəcəyiniz yerlərə göz qələmiylə eyni rəngdə olan kölgə (ten) tətbiq edin. Göz kölgəsindən sonra karandaş çəkib, təkrarən göz kölgəsni tətbiq edin. Göz kölgəsi karandaşın axmasının qarşısını alacaq.

Korrektor

Göz qələminin axması makiyajınızı heç etməsini istəmirsinizsə, o zaman korrektordan faydalanın. Alt kipriklərinizin altından üz rənginizə uyğun olan bir korrektor çəkin. Ardından göz kölgəsini çəkib, üzərinə qələminizi tətbiq edin. Korrektor və göz kölgəsi makiyajınızın təzə qalmasını təmin edəcəkdir.

Pudra

Pudra makiyaj sabitləyici məqsədilə istifadə edilən bir məhsuldur. Göz qələmi çəkməmişdən əvvəl həmin nahiyəyə bir az pudra çəkin. Daha sonra qələminizi çəkin. Alacağınız effekt sizi razı salacaq. Eyni zamanda qeyd etdiyimiz kimi, pudra makiyaj dayanıqlılığını təmin edən məhsul olduğundan, onu nəinki göz qələmi, eyni zamanda kirpiklərinizə tuş çəkməmişdən əvvəl də kirpiklərinizə çəkib bir az gözlədikdən sonra tuş tətbiq edib, daha cazibədar kirpiklərə və dayanıqlı, axmayan makiyaja nail ola bilərsiniz.

Buna da baxın

Ürəyi zəif olanlar baxmasın- qorxunc döymələr

Whatsapp ilə PaylaşÜrəyi zəif olanlar baxmasın- qorxunc döymələr Döymələrin artdığı bir dövrdə yaşayırıq. Qadınlı kişili …