Əsas səhifə / Əsas menu / Gözəllik / Gözaltı torbalar və ləkələrə qarşı maska
Bizi mobildən daha sürətli  izləyin

Gözaltı torbalar və ləkələrə qarşı maska

Gözaltı torbalar və ləkələrə qarşı maskaGöz ətrafındakı şişliklər böyrək xəstəliklərinin xəbərçisi ola bilər. Bu səbəbdən ilk əvvəl  həkimə müraciət edilməlidir. Hər hansı bir sağlamlıq probleminiz yoxdursa, evdə tətbiq edə biləcəyiniz almalı maska ilə göz altındakı qara ləkələrin və torbaların qarşısını ala bilərsiniz.

Göz ətrafına qulluq maskası:

  • 1 kartof
  • 1 alma
  • 1 x/qaşığı qəhvə

Hazırlanması və tətbiqi:

Almanı və kartofu sürtgəcdən keçirin. Daha sonra qarışıma bir x/qaşığı qəhvə əlavə edib qarışdırın. Əldə etdiyiniz maskası bir tənzifə bükərək 15 dəqiqə gözlərinizin üzərində saxlayın. Daha sonra üzünüzü ilıq su ilə durulayın və göz ətrafı kreminizi  çəkin. Bu prosesi həftədə 3 dəfə tətbiq edin.