Əsas səhifə / Əsas menu / Gözəllik / Gözaltı torbalara bu üsulla vida edin
Bizi mobildən daha sürətli  izləyin

Gözaltı torbalara bu üsulla vida edin

Woman's eye

Lavanta

Lavantaı iltihaba qarşı ən yaxşı vasitədir. Lavanta yağını birbaşa dərinizə tətbiq etməyi təklif etmirik. Bir damla yağı suya qarışdırıb bu qarışığı bir pambıq vasitəsilə göz altı torbalarınıza çəkə bilərsiniz. Bir damla istifadə etdiyiniz üçün durulamağınıza ehtiyac yoxdur. Əgər çox həssas bir dəriyə sahibsinizsə, su və lavanda yağını qaynadaraq buxarını üzünüzə tuta bilərsiniz.

Buz

Bildiyiniz kimi buz  iltihaba qarşı ən yaxşı üsullardan  biridir. Bir neçə buz küpünü yumşaq bir bezə bükərək  15 dəqiqə ərzində gözlərinizin üzərində saxlaya bilərsiniz.

Nanəgozalti torbalara bu usulla vida et

Bir neçə nanə yarpağını bir az zeytun yağı ilə əzin və yatmadan əvvəl bir parça pambıq köməyiylə göz qapaqlarınızın alt qisiminə tətbiq edin. Çox az çəkdiyiniz  təqdirdə gecə sizi narahat etməyəcək.

Süd

Soyuq südlə islatdığınız pambıqları gözlərinizin üzərinə qoyun. 15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə durulayın.

Kartof

Bir ədəd kartofu soyun və doğrayın, bir sarğı bezinin ya da tənzifə bükün və gözlərinizin üzərinə qoyun. Mümkün olduğu qədər çox saxlayın . Ən yaxşı şəkildə faydalanmaq üçün hər gün tətbiq edin.

Çobanyastığı

Çobanyastığı sakitləşdirici və iltihab təmizləyici  xüsusiyyətə malikdir. Çobanyastığını dəmləyin və içinə bir az qatıq əlavə edin. Krem kimi qatı bir qarışım olacaq. Bunu göz ətrafınıza tətbiq edin və 10 dəqiqə gözlədin. Bol soyuq suyla yuyun.

Çay göz altı torbalara bu üsulla vida et

Çay, iltihabı azaltmaq və bədəni istirahət etdirmək cəhətdən çox faydalıdır. İki çay paketini 10 dəqiqə qaynadın və hər birini bir gözünüzün üzərinə qoyaraq bir müddət gözlədin. Bunu gündə bir neçə dəfə tətbiq edə bilərsiniz.

Limon

Limon tərkibindəki C vitamini sayəsində gözaltı torbalarının rəngini açır. Bir parça pambığı bir stəkan limon suyunda isladın və göz ətrafınıza tətbiq edin, gözünüzə dəyməməsinə diqqət edin. Bir az gözlətdikdən sonra ilıq suyla yuyun. Bunu, həftədə iki ya da üç dəfə edin.

 

Buna da baxın

Çillərindən xilas olmaq istəyənlərə təbii həll yolları

Whatsapp ilə Paylaş Çox çillərim var və bu xoşuma gəlmir deyirsinizsə, Qadınklubu.com sizə çillərdən xilas …