Əsas səhifə / Əsas menu / Sağlamlıq / Gözlər barədə bilmədiyimiz gerçəklər
Bizi mobildən daha sürətli  izləyin

Gözlər barədə bilmədiyimiz gerçəklər

1402297630_goz1

Gözlər insan orqanizminin ən təsirli və cazibədar hissələrindən biridir. Ona bəzən qəlbin aynası da deyirlər, haqqında şeirlər yazılıb, mahnılar bəstələnib. Lakin bizlərin gözlər haqqında nə qədər məlumatımız var?

  1. Qonur gözlər əslində mavi rəngdədir, sadəcə qəhvəyi piqmentlərlə örtülü olur. Hətta qonur gözləri ömürlük maviyə çevirəcək xüsusi lazer proseduru da var.

  2. Kişilərin 1/12-i daltonikdir.

  3. Gözlər ömür boyu eyni ölçüdə qalır, burun və qulaq isə inkişaf etməkdən dayanmır.

  4. Gözün buynuz təbəqəsi köpək balığındakına o qədər bənzəyir ki, sonunculardan bəzən göz əməliyyatlarında əvəzedici kimi istifadə olunur.

  5. Orta hesabla biz ömür boyu 24 milyon müxtəlif təsvirləri görürük.

  6. Gözlər hər saatda beynə çoxlu sayda informasiya ötürür. Bu kanalın ötürücü xüsusiyyətini nəhəng şəhərlərin internet provayderləri ilə müqayisə etmək olar.

  7. Gözlərimiz saniyədə 50 predmetə fokuslanır.

  8. Mayalılar çəpgözlüyü cazibədarlıq simvolu hesab edirdilər. Bu səbəbdən onlar övladlarının çəpgöz olması üçün əllərindən gələni edirdilər.

  9. Adi göz testi ilə 98,3 faiz şizofrenliyi müəyyən etmək olar.

  10. İnsanlar və itlər digərlərinin gözündə ifadə oxuyan yeganə canlılardır. İtlər bu xüsusiyyətdən insanlarla ünsiyyət üçün istifadə edirlər.

  11. Təqribən 2 faiz qadında gözlərin genetik mutasiyası nəticəsində 100 milyon rəng görə bilirlər.

  12. Kosmonavtlar qravitasiyaya görə kosmosda ağlaya bilmirlər. Çünki göz yaşları kiçik diyircəyə çevrilir və gözü göynədir.//Trend

Buna da baxın

Gözlərimizin vəziyyəti sağlamlığımızın aynasıdır

Whatsapp ilə Paylaş Deyirlər, gözlər insan qəlbinin aynasıdır. Lakin gözlər tək qəlbin deyil, həm də …