Əsas səhifə / Əsas menu / Gözəllik / Gözləri böyük göstərən makiyaj
Bizi mobildən daha sürətli  izləyin

Gözləri böyük göstərən makiyaj

Gözləri böyük göstərən makiyaj

Gözləri böyük göstərən makiyaj

• Əgər göz ətrafında qara kölgələr və ya göz torbaları varsa ilk öncə korrektor vasitəsilə həmin nahiyəni eyni tonlu bir vəziyyətə gətirdikdən sonra makiyajınıza başlayın.

• Göz makiyajına işıqlıq verən bir kölgə ilə başlayın. Bu kölgə ağ ya da nude (pudra rəngi) bir rəng ola bilər. Bütün göz qapağınızı bu açıq kölgə ilə az miqdarda olmaq şərtilə boyayın.

• Daha sonra tünd rəng bir kölgə seçin. Gündüz makiyajı edirsinizsə torpaq tonları idealdır. Gecə makiyajında qara və ya tünd boz rənglərə üstünlük verə bilərsiniz. Seçdiyiniz tünd rəngli göz kölgəsini göz qapağınıza fırça ilə çəkin. Öncədən çəkdiyiniz boya ilə gözəçarpacaq bir xətt yaranmaması üçün qarışdırma fırçasının köməyi ilə iki rəng tonun bir-birinə keçid tonu səviyyəsində uyğunlaşdırın. Qarışdırma əməliyyatını asan edə bilmək üçün fırçanı göz sümüyünüzü içinə yerləşdirib sağ sol hərəkətlər edə bilərsiniz. Rəng keçişini təmin etdikdən sonra digər addıma keçə bilərik.

• Gözlərinizin böyük görünməsini istəyirsinizsə laynerdən mütləq istifadə etməlisiniz. Layneri nazik bir xətlə başlayıb sonuna yaxınlaşdırdıqca qalınlaşdırın. Diqqətli olun laynerin sonluğu nə qaşınızdan uzun, nə də görünməyəcək dərəcədə qısa bir şəkildə tamamlanmalıdır.

• Göz qələmindən istifadə etməyin. Hələ göz qapağının daxili hissəsinə çəkilən göz qələmi gözlərini böyük göstərməyə çalışan xanımlar üçün ən yalnış seçimdir. Çünki bu tərz qələmdən istifadə sizin gözlərinizin dərinliyini yox edər və nəticədə olduğundan belə kiçik gözlərə sahib olarsınız. Onun əvəzinə açıq rəngli qələmlərdən istifadə etsəniz, (ağ, boz, nude) daha cəlbedici görünər.

• Göz makiyajında əvəzedilməz olan tuşdan istifadə çox əhəmiyyətlidir. Əvvəlcə kiprik formalaşdıranla kipriklərinizi nizama salın. Daha sonra tuş sürtüb üstünə bir qədər pudra çəkdikdən sonra(bunu köhnə, quru tuş fırçanızla edə bilərsiniz) bir qat daha tuş çəkin. Alt kipriklərinizə də tuş çəkin. Nəticə mükəmməl olacaq.Ən əsası tuş seçərkən mütləq fırçasına fikir verin. Əgər gur görüntülü kipriklərə sahib olmaq istəyirsinizsə onda seçməli olduğunuz tuşun fırçası sıx tükcüklərdən ibarət olmalıdır. Əgər kiprik taxmağı sevirsinizsə bu da cazibədar göz makiyajının yekunu kimi əla seçim olar. Kiprikləri bütün göz qapağına deyil,sadəcə göz sonluğuna tətbiq edərsəniz daha yaxşı nəticə əldə etmiş olarsınız.

• Qaşların forması da gözlərin böyük görünməsində rolu vardır . Belə ki qalın qaşlar gözləri kiçik göstərir. Odur ki gözlərinizi iri göstərmək üçün makiyaj edərkən qaşlarınızın formasına da fikir verməlisiniz.

Buna da baxın

Makiyajda uyğun rəng çalarları

Whatsapp ilə Paylaş Kosmetik vasitələrdən istifadə edərkən rəng çalarlarını bir-birilə düzgün uyğunlaşdıra bilsəniz, gözəl nəticələr …