Əsas səhifə / Əsas menu / Sağlamlıq / “Gözü dəyənin gözü çıxsın” – Üzərliyin bilmədiyiniz FAYDALARI
Bizi mobildən daha sürətli  izləyin

“Gözü dəyənin gözü çıxsın” – Üzərliyin bilmədiyiniz FAYDALARI

“Gözü dəyənin gözü çıxsın” – Üzərliyin bilmədiyiniz FAYDALARI

fa

“Gözü dəyənin gözü çıxsın, dəyməyənin özü çıxsın”.

Daha çox bu niyyətlə istifadə edilən üzərlik otunun faydaları saymaqla bitməz. Üzərlik otu sinir sistemi pozğunluqları, yuxusuzluq problemi və bir çox narahatlıqları yox etmək təsirinə malikdir.

Sinir sisteminə, mədə və qulunc ağrılarına faydalıdır. Bəlğəmi dağıdır. Saç tökülməsinin qarşısını alar. Sulu eqzemaya, sidik yolu problemlərinə qarşı xeyirlidir. Bağırsaq bakteriya və infeksiyalarına qarşı öldürücü təsir göstərir. Parkinson və yuxusuzluğa qarşı faydalıdır. Antidepressant təsirə malik olub bəzi depressiyaların müalicəsində istifadə edilir. Babasil və yaraların sağalmasına kömək edir. Cinsi gücü artırdığı da söylənilir.

Necə istifadə edilir?

Üzərliyin toxumları tibbi məqsədlə istifadə edilir. Toxumları isti suda qaynadılaraq içilə bilər, ya da toxumlarını qovurub bala qarışdırıb yemək olar. Suyla birlikdə də içə bilərsiniz. Üzərlik toxumunu həddən çox yesəniz, ürək bulanma və qusma kimi yan təsirləri ola bilər. Buna görə həddən çox istifadə etməyin. Üzərlik otu qırmızı boya əldə etmək üçün də istifadə edilir.

Mövsümi allergiya yaşayanlar asqırmaqdan çox şikayətlənirlər. Bunun üçün üzərlik otundan istifadə etmək mümkündür. 2 xörək qaşığı üzərlik toxumunu qaynamaqda olan 1 litr suyun içinə əlavə edin. Qaynadığı müddətdə üzünüzü suya tutub buxarını 2 dəqiqə ərzində həm ağzınız, həm burnunuzdan nəfəsinizə çəkin. 2 dəqiqədən sonra pambığı üzərlik otu suyuna batırıb burnunuzun hər iki deşiyinə sürtün. Bunu 15 gün müddətində gün aşırı edə bilərsiniz. Yenə nə vaxtsa ehtiyac duyduğunuzda da təkrarlamaq olar.