Əsas səhifə / Manşet / Gözünüzün qabağında uçuşan cisimlər görürsünüzsə…
Bizi mobildən daha sürətli  izləyin

Gözünüzün qabağında uçuşan cisimlər görürsünüzsə…

Əgər gözünüzün qabağında uçuşan cisimlər, qara nöqtələr, hörümçək toruna bənzər ləkələr görürsünüzsə, bu ciddi xəstəliklərin işarəsi ola bilər.

Qadinklubu.com-un məlumatına görə, gözümüzün dairəvi boşluğunu vitreus adlı yumurta ağına bənzər bir quruluş doldurmaqdadır. Bu quruluş ona su kimi şəffaflıq verən çox incə və nizamlı liflərdən ibarətdir. Bu liflər sayəsində gözlərimiz şəffaf görür. Bəzi vəziyyətlərdə bu nizam pozularaq qalınlaşır və liflər gürünəbilən hala keçirlər. Nəticədə isə gözümüzün qabağında qara nöqtələr, uçuşan ləkələr, agcaqanadlar və ya saç telləri varmış kimi hiss edərik. Bunlar isə daha çox ağ və ya parlaq bir yerə baxdığımız zaman daha çox görünür.

Göz qabağında bunları görmək çox təhlükəli ola bilər

Göz qabağında belə ləkələrin görünməsi retina cırılması kimi vacib bir göz xəstəliyinin xəbərçisi ola bilər. Tez dioqnoz qoyulduğu zaman müalicəsi mümkün olan bu xəstəlik, dioqnozun gecikməsi şəraitində retina ayrılması deyilən, müalicəsi çətin və nəticədə hətta korluqla nəticələnə biləcək xəstəliyə səbəb olur. Buna görə, gözümüzün qabağında uçuşan belə ləkələr görməyə başladığımızda və bununla bərabər işıq çaxmaları gördükdə dərhal göz həkiminə müraciət etmək lazımdır.

Yaş artdıqca dəyişikliklər baş verir

Bəzi insanlar gözlərində xəstəlik olmasa da gözlərinin qabağında bəzi uçuşan cisimlər gördüklərindən şikayət edirlər. Bu insanlarda vitreus deyilən təbəqədə ciddi olmayan struktur dəyişiklikləri vardır. Yaş artdıqca gözün bu təbəqəsində dəyişikliklər baş verdiyindən bu cisimlər sıx-sıx görünməyə başlayır. Bundan əlavə, xüsusilə miyoblar bu cisimləri tez-tez gördüyündən şikayət edirlər. Ayrıca, bütün bu şikayətlər, uveit kimi gözü tutan və göz içərisində reaksiya edən xəstəliklərdə, şəkər xəstələrində də baş verə bilər. Bu xəstəliklər gözümüzdə başqa xəsarətlər yarada biləcəyindən mütləq nizamlı şəkildə göz müayinəsindən keçmək lazımdır.

Retina cırılması vaxtında dioqnoz qoyulduğu zaman müalicəsi daha asandır

Retina cırılmasına erkən mərhələdə tutulduqda lazerlə müalicə edilə bilər. Amma, lazer müalicəsi uçuşan cisimcikləri görməyimizi müalicə edə bilməz. Lazer müalicəsi ilə retina ayrılmasının meydana gəlməsinin qarşısı alınır. Əksər vaxtlar bu cisimlər insanları çox narahat etmədiyi müddətcə heç bir müalicə tətbiq olunmur. Lakin insanın gündəlik işlərini görməsinə maneə törədəcək qədər çox olarsa, vitrektomi əməliyyatı ilə təmizlənərək xəstəyə daha şəffaf bir görüş qazandırılır.