Əsas səhifə / Manşet / Gül kələmli toyuq küftəsi
Bizi mobildən daha sürətli  izləyin

Gül kələmli toyuq küftəsi

kufte

Gül kələmli  toyuq küftəsi üçün lazım olan ərzaqlar:

  • 1 ədəd gül kələmi,
  • 1,5 ədəd toyuq döşü,
  • Cəfəri,
  • İstiot,
  • Pul bibər
  • Uzunsov bibər,
  • Duz.

keleee

Qızartmaq üçün:

  • 1 stəkandan biraz əksik əridilmiş kərə yağı və maye yağ.

Gül kələmli toyuq küftəsinin hazırlanma qaydası:

  • Gül kələmini  təmizləyin.
  •  Təmiz-təmiz yuyun.
  • Təmizlədiyiniz gül kələmini bir az qaynadın.
  • Qaynatdığınız gül kələminin suyunu süzün  və üzərinə soyuq su əlavə edin.
  • Qaynatmış olduğunuz gül kələmini kök və çiçəyinə ayırın.
  • Ayırdığınız çiçəkləri bir qaba alın.
  • İçinə toyuq döşü qiyməsini, cəfəri və ədviyyatları əlavə  edib yaxşıca yoğurun.
  • Əritdiyiniz yağı  dibi tutmayan bir tavaya alın.
  •  Hazırladığınız qiymədən küftələr hazırlayın.
  • Hazırladığınız  küftələri  yağda qızardın.
  • Hər bir küftəni qızartdıqca tavaya az-az yağ əlavə edin.

QEYD

  • Çörək, balıq, və ya başqa qızartmalar olan zaman yağı tavata az-az əlavə edin ki,  qızartmalarda dad dəyişikliyi olmasın.
  • Bu küftəni isti-isti yeyəndə  gül kələminin dadı çox gözəl olur.
  • Sabaha qalanda isə sadəcə küftə iyi gəlir və heç vaxt gül kələminin iyi gəlmir.
  • Bəzi insanlar gül kələminin iyini sevmədiyi üçün  bu küftəni ertəsi gün istifadə edirlər.

//1001dad.com