Əsas səhifə / Manşet / Gül mürəbbəsi
Bizi mobildən daha sürətli  izləyin

Gül mürəbbəsi

ll

Tərkibi:

200 qr. (Təxminən 20 ədəd iri gül yarpağı)Gül ləçəyi
5 su stəkanı şəkər tozu
2 su stəkanı su
Yarım limon suyu

Hazırlanması:

Gül yarpaqlarının arasında sərt, qurumuş olanları varsa ayırın. Yuduqdan sonra süzülməsi üçün bir kənara qoyun. Süzülən yarpaqların bir qismini qazana alın üzərinə şəkər əlavə edin. Gül yarpaqlarını 1 gecə qazanda qapağı bağlı olaraq gözlədin. Sabah qazandakı şəkərin çoxu ərimiş, yarpaqlar sulanmış olacaq. Qazanı ocağa qoyaraq, 2 su stəkanı suyu əlavə edin və şəkər əriyənə qədər qarışdıraraq bişirin. Qaynamağa başladığında ocaqın dərəcəsini bir az azaldın. Arada qarışdıraraq 10-15 dəqiqə daha bişirin, suyu matlaşaraq mürəbbə halına gəlməyinə az qalmış içinə yarım limon suyunu sıxın. Gül yarpaqları şəffaflaşıb, mürəbbə halına gələndə ocaqı söndürün. Sərin yerdə saxlayın.

Nuş olsun…