Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Gül şirniyatı- FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

Gül şirniyatı- FOTORESEPT

Gül şirniyatı- FOTORESEPT

Tərkibi:

-1 su stəkanı duru yağ
– 1 su stəkanı mannı
– yarım su stəkanı qatıq
– 1 su stəkanı mannı
– 1 yumurta
– yarım paket yumuşaldılmış marqarin
– 1 paket qabartma tozu
– 1 paket vanil
– 1 yemek qaşığı sirkə
– bir az duz
– aldığı qədər un
– üstünə düzmək üçün qoz və ya badam

Şərbəti:

– 3 su stəkanı su
-2.5 su stəkanı şəkər
-yarım limonun suyu

Hazırlanması:

Əvvəlcə şərbəti üçün lazım olan ərzağı qazana töküb qaynadırıq. Xəmir üçün un, qabartma tozu və vanildən başqa qalan ərzaqları töküb qarışdırırıq. Sonra unu, vanili, qabartma tozunu da əlavə edib orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmiri 2 yerə bölürük. Bir hissəsini oxlovla 3-4 sm qalınlıqda yayırıq.

image003

Balaca armudu stəkanla xəmiri kəsirik. Kəsdiyimiz yumrulardan 5 dənəsini üst üstə düzürük. Tam üst üstə deyil, bir az yan yan düzsək daha yaxşı olar.

image005

Sonra aşağı hissədən bükürük.

image007

image009

image013

Bükdükdən sonra ortadan ikiyə bölürük.

image011

Gül şirniyyatı bişməyə hazırdır.

image011

Tavaya düzürük və sobada azca qızarana qədər bişiririk. Sobadan çıxardıqdan sonra üstünə əvvəlcədən hazırladığımız şərbəti tökürük. Əsas fikir verəcəyimiz məqam odur ki, şərbət soyuq şirniyyat isti və ya şirniyyat isti şərbət soyuq olmalıdır. Hər ikisi soyuq olarsa şirniyyat şərbəti özünə çəkməz və quru qalar. Şirniyatın şərbəti özünə yaxşı çəkməyi üçün şərbəti tökdükdən sonra üstünə başqa bir tavayla və ya tam örtəcək şəkildə bir qabla örtmək lazımdır.

gultatlisi1

 

Nuş olsun!

 

Buna da baxın

Mətbəx sirləri

Whatsapp ilə Paylaş Çörək, kruasan və ya şirniyyat bişirdikdə onların yumşaq olmasını istəyirsinizsə, aşağıdakı qaydalara …