Əsas səhifə / Əsas menu / Gözəllik / Gül suyunun cildinizə faydaları
Bizi mobildən daha sürətli  izləyin

Gül suyunun cildinizə faydaları

h
Gözəl, təzə və canlı bir dəri istəyirsinizsə, dəridəki qırışlar üçün təbii həllər axtarırsınızsa, ya da dəri ləkələrindən şikayətçisinizsə sizlərə təbii təklifimiz, gülsuyu.

Gül suyu dərinizdə möcüzələr yaradacaq.

Dərinizə təzəlik və canlılıq qazandırdığı kimi, dəridəki ləkələrin yox edilməsi və qırışların azaldılmasında da olduqca faydalıdır. Gül suyunun antibakterial, sakitləşdirici və müalicə edici xüsusiyyətləri vardır. Gül suyunun tərkibində olan A, C, D, E, B3 vitaminləri çay şəklində olaraq böyrək infeksiyası və ürək xəstəliyi riskini azaldaraq həzm sistemi problemlərini aradan qaldırar.

Gül suyunun mükəmməl deyilə biləcək dərəcədə sakitləşdirici xüsusiyyəti vardır. Dəri infeksiyalarının müalicəsində çox faydalıdır. Quru və yaşlanmaqda olan dərilərdə istifadəsi son dərəcə gözəl nəticələr vermişdir.

Dərini təmizləyərək tonik təsiri bağışayar. Gül suyu dəridəki şişkinliyi və qızartını azaldır. Dəridəki qara nöqtələrin meydana gəlməsinin qarşısının alınmasında çox faydalıdır. Bundan əlavə gül suyu saçlar üçün çox faydalıdır.

Bir çox kosmetik qulluq istehsalçısı şampunların və saç baxım məhsullarının tərkibində gül suyunu istifadə edirlər.

Gül suyu tərkibindəki faydalı birləşmələr sayəsində saç köklərinə gedən qan dövranını sürətləndirərək saç kökünü qidalandırır və gücləndirir bunun sayəsində saçlar daha sağlam və güclü olur.

Gül suyunun ləkələrə faydası:

Hər gün üzünüzü gül suyu ilə təmizləsəniz, dərinizdəki ləkələrin zamanla itdiyini görəcəksiniz. Ayrıca ərik yağı və gül yağını qarışdırıb, dərinizə istifadə etdiyiniz zaman cildiniz gün boyu zərərli təsirlərdən də qorunmuş olacaq.

Gül suyunun dəri qırışlarına faydası:

Yaşınız irəlilədi və zamanla dəridə qırışlar meydana gəlməyə başladı deyə əsla narahat olmayın. Çarəsi var əlbəttə. Gül suyu möcüzəsinə şahid olun və qadınklubu.com-un təklif etdiyi tərifi diqqətlə oxuyun.

Gül suyunun göz altı bənövşəliklərə faydası:

Göz altlarını gül suyu ilə təmizləmək, göz altında əmələ gəlmiş yağ vəzləri, yorğunluq və bənövşəliklərin aradan qaldırılmasına köməkçi olur.

Gül suyunun sızanaqlara faydası:

Gül suyu gözəlliyinizi pozan sızanaqlar üçün çox faydalıdır. Sızanaqları yox etmək üçün təbii həll olan gül suyu, qısa müddətdə sızanaqlarınızı yox edər. Gül suyu ilə nizamlı olaraq üzünüzü silmək kafi olacaq. Gül suyu dərinizi dərininə təmizləyəcəyindən sızanaqları kökündən yox edəcək.

Lazımlı vəsaitlər:

  • 2 yemək qaşığı gil,

  • 1 çay qaşığı gül yağı,

  • 1 çay qaşığı ərik yağı,

  • 1 çay qaşığı avokado yağı,

  • 1 çay qaşığı buğda yağı,

Hazırlanması və istifadəsi:

Gilin içinə digər sadalanan vəsaitləri qataraq palçıq halına gələnə qədər qarışdırın. Əldə etdiyiniz maskanı, göz və dodaq ətrafı xaric, bütün üzünüzə sürtün və 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Daha sonra dərinizi gül suyu ilə təmizləyin.

Gül suyu ilə sızanaqlara qarşı digər maska:

Çox sızanaqlı bir dəriyə sahibsinizsə pudra ilə edilən maskayla bu sızanaqlara son verə bilərsiniz. 2 yemək qaşığı pudranı 1 yemək qaşığı gül suyu qarışdıraraq problemli bölgələrə çəkin və 15 dəqiqə gözləyin. Daha sonra ilıq suyla durulayın. Bu şəkildə sızanaqlardan və nahamar dəridən qısa müddətdə xilas olun. Bu maskanı həftədə 2 dəfə tətbiq edə bilərsiniz.

Əhəmiyyətli Xəbərdarlıq:

Alacağınız gül suyunun təbii gül suyu olması lazımdır. Gül suyu alarkən içində yazılmış məzmunu ilə tanış olun. Əgər gül suyunun məzmun qisimində deiyonize su və esanstan yazırsa , bu gül suyu yalnız gözəl qoxusu üçün istifadə edilər. Dərinizə saf gül suyu istifadə etməyin. Saf gül suyu dərinizi qıcıqlandıra bilər. Satışda kosmetik mağazalarda satılan gül suyu bu üsullar üçün əlverişlidir.

Buna da baxın

Yağlı dəri üçün gül suyu

Whatsapp ilə Paylaş Evinizdə gül suyu maskasını rahatlıqla hazırlayaraq, dərinizi yağlardan və sızanaqlardan azad edə …