Əsas səhifə / Manşet / Gülqəndin hazırlanma qaydası
Bizi mobildən daha sürətli  izləyin

Gülqəndin hazırlanma qaydası

g

Gülqənd ən xeyirli şirniyyat məhsullarından biridir.

Onu hazırlamaq üçün qızılgül ləçəklərini qənd tozu və ya balla ovxalayıb bərnilərə doldurur və günəş altında saxlayırlar. 20-30 gündən sonra hazır olur. Buna bəzən ədviyyat da qatırlar. Yüksək kalorili qidalardan hesab olunur.

Əgər mətbəxinizdə yayda hazırlanmış gülqənd varsa, ondan istənilən vaxt qızılgül mürəbbəsi hazırlaya bilərsiniz.

Gülqənd ümumi zəifliyin, qanazlığının, başgicəllənmənin və s. qarşısını almaq üçün ən təsirli vasitələrdəndir.