Əsas səhifə / Əsas menu / Praktika / Gümüşü necə parlaq saxlayaq?
Bizi mobildən daha sürətli  izləyin

Gümüşü necə parlaq saxlayaq?

ji

Gümüş əşyalar ümumiyyətlə, xanımlar tərəfindən ev dekorasiyasında istifadə olunur. Amma gümüş vaxt keçdikcə qaraldığı üçün pis bir görünüşə səbəb olur. Siz qiymətli xanımlar üçün gümüşlərinizi parladacak üsullar axtardıq və bir neçəsin tapmağa nail oldum. Gəlin, birlikdə bu üsullara bir göz ataq.

Sirkəli su ilə karbonat

Bir qaba 2 yemək qaşığı sirkə tökün. Üzərinə su əlavə edin. Daha sonra 2 yemək qaşığı karbonat əlavə edin və qarışdırın. Bu suyun içində bütün gümüş əşyalarınızı saxlaya bilərsiniz. Üzük, boyunbağı, sırğa, ya da ev əşyalarınızı ən az yarım saat gözlədin. Əgər əşya böyükdürsə, süngəri bu qarışığa batırıb silə bilərsiniz.

Alüminium folqa

Bir qazana su tökün. İçinə bir neçə parça alüminium folqa və 1 yemək qaşığı karbonat əlavə edin. Biraz bu qarışığı qaynadın. Gümüşlərinizi 10 saniyə batırıb çıxarın. Tərtəmiz olduğunun şahidi olacaqsınız.

Duz və limon suyu

1 yemək qaşığı duz ilə 2 yemək qaşığı limon suyunu bir qabda qarışdırın. Üzərinə bir az su əlavə edib gümüşlərinizi bu suyun içində gözlədin. Gümüş təzə kimi görünəcək.

Diş pastası

Gümüşünüzün üzərinə diş pastası sürtün. Bir qaba su doldurub ən az 1 saat gözlədin. Daha sonra bol suyla gümüş əşyalarınızı yuyun. Gümüşünüzün rənginin açıldığını görəcək və təəccüblənəcəksiniz.

Buna da baxın

Ayaqlarınızı göbələkdən bu yolla qoruyun

Whatsapp ilə Paylaş-Ayaqlarınızı hər gün yuyun və corablarınızı tez-tez dəyişin. -Pambıq parçadan tikilən və təri …