Əsas səhifə / Əsas menu / Gözəllik / Günəş ləkələrinə qarşı 4 maska
Bizi mobildən daha sürətli  izləyin

Günəş ləkələrinə qarşı 4 maska

günəşləkələrinə qarşı 4maksa

Karbonatlı maska

1 xörək qaşığı qatığa 1 çay qaşığı karbonat əlavə edərək qarışdırın. Bu qarışığı ləkələrin üzərinə tətbiq edin. 10 dəqiqə qədər gözlədib bol su ilə durulayın. Bu qarışığı həftədə 1 gün tətbiq edə bilərsiniz.

Qatıq maskası

1 ədəd yumurtanın ağını çırpıb 1 çay qaşığı süzmə qatığı əlavə edərək təkrar qarışdırın və 3 damcı limon suyu əlavə edin. Hazırladığınız maskanı günəş ləkələrinizin üzərinə sürtün və gözləyin. Maska dərinizdə quruduqda nəmli pambıqla təmizləyib daha sonra ilıq su ilə yuya bilərsiniz. Bu maskanı 4-5 gündə 1 tətbiq edə bilərsiniz və hər 4 tətbiqdən sonra ən az 15 günlük ara verməlisiniz.

Cəfəri maskası

Yarım cəfərini blenderda üyüdün və 1 x/qaşığı qatıq və 1 dilim limon əlavə edin. Dərinizə ovalayarak sürtün və 45 dəqiqə gözləyin. Bu maskanı 3 gündə 1 tətbiq edə bilərsiniz.

Soğan və sirkə maskası

Bir ədəd orta boylarda soğanı sürtgəcdən keçirərək suyunu çıxarın və bu suya yarım çay stəkanı alma sirkəsi əlavə edərək qarışdırın. Bir pambığın köməyilə bu qarışığı dərinizdəki ləkələrə tətbiq edib yarım saata qədər gözlətdikdən sonra durulayın.

Buna da baxın

Dəri ləkələrinə qarşı əvəzsiz vasitə

Whatsapp ilə Paylaş Vəsaitlər: 1 çay qaşığı limon suyu 2 x/qaşığı qatıq 1 x/qaşığı təbii  bal …