Əsas səhifə / Manşet / Günəş yanığının təbii üsulla müalicəsi
Bizi mobildən daha sürətli  izləyin

Günəş yanığının təbii üsulla müalicəsi

günəş yanığına qarşı təbii üsullar

Günəş yanığının əlamətləri nələrdir?

Günəş yanığının yüngül qızartı ilə başlayıb toxunulduğunda ağrı, dəridə qabarıqlıq, su toplaması, qaşınma ilə artan əlamətləri vardır.

Ağrılar artar və temperatur yüksələrsə mütləq həkimə müraciət edilməlidir.

Günəş yanığı necə olur?

– Günəşin şiddətini ən çox göstərdiyi 10.00-16.00 saatları arasında günəşə birbaşa məruz qalındığında,

– Günəş altında, gündəlik paltarlarla olunsa belə, günəş qoruyun kremlər olmadan uzun müddət qalanda,

– Dərini həssaslaşdıracaq krem və məhsullar istifadə edildiyində də günəş yanığı ola bilər.

Günəş yanığına qarşı edilə biləcəklər

Günəş yanığı olduğunda, normalda olduğu kimi, bol miqdarda su istehlak etməyə diqqət göstərməlisiniz. Günəş yanığının təsirindən susuz qalar. Bu da sağalma  müddətini uzadar.

Yanıq olan bölgəni su ilə islatdıqdan sonra yulaflı duş məhsullarından sürtmək olar.

Yanıq olan bölgəyə, gün ərzində bir neçə dəfə soyuq və nəmli bezlər qoymaq olar. Ağrının yüngülləşməsini təmin edəcək.

Dəri su topladığında yaraya toxunmaq olmaz. Öz-özünə keçməsini gözləmək lazımdır. Xüsusilə su toplanmış bölgələrdə infeksiya riski çox olacağından bu bölgələrə daha çox diqqət göstərmək lazımdır.

Günəş yanığına qarşı bitki mənşəli təkliflər

Qatıq: Ən çox bilinən üsuldur. Soyuq qatıq yanıq olan bölgəyə sürtüldüyündə ağrını azaldır.

Aleo Vera: Aloe Vera dəri üçün möcüzəvi təsirə malikdir. Günəş yanığına qarşı çox təsirli bir vasitədir. Yanıq üzərinə çəkdikdən qısa müddət sonra təsirini göstərəcəkdir.

Zeytun yağı: Zeytun yağını dəriyə sürtmək yanığa çox yaxşı təsir edir.

Qara çay: Qara çay paketlərini və ya dəmini günəş yanığı olan bölgəyə qoyun. Həm ağrı həm də yanma hissi azalacaq.

Alma sirkəsi: Alma sirkəsini su ilə qarışdıraraq yanıq bölgəsinə sürtmək ağrı hissini azaldacaq.

Buna da baxın

Qırışlara səbəb olan 10 səhv

Whatsapp ilə Paylaş 1. Günəşin təsiri: Sürətli yaşlanmanın ən başda gələn səbəbi günəşin yaydığı ultrabənövşəyi …