Əsas səhifə / Əsas menu / Gözəllik / Günəş yanıqlarından necə qurtulmaq olar?
Bizi mobildən daha sürətli  izləyin

Günəş yanıqlarından necə qurtulmaq olar?

yyGünəş yanıqlarından necə qurtulmaq olar?

Çimərlik mövsümü artıq başlayıb və günəşlənmək üçün demək olar ki, hamı tələsir. Amma bəzən isti günəş şuaları dərimizdə yanıqlara səbəb olur. Günəş yanığı əlamətləri dəridə qızartı, həssaslıq, yanma, istilik hissi, qıcıqlanma qırmızı bir görüntünü ortaya çıxarır.

İlıq su ilə doldurulmuş vannanın içərisində 15-20 dəqiqə gözləyin. Duş geli və sabun kimi vasitələrdən bir müddət uzaq durun .

Pambıq tərkibli parçanı soyuq suya batırın və yanıqlar üzərinə sərin.

Yaş parça dərinizdə 20-30 dəqiqə qaldıqdan sonra prosesi təkrarlayın.

İbuprofen, aspirin kimi reseptsiz dərmanlar ağrını azaldıb sizi rahatlaşdıra bilər.

Uşaqlara aspirin verməyin. Bunun yerinə, həkiminizlə məsləhətləşin.

Günəş yanıqları sağalana qədər əsla dar geyimlər geyməyin. Enli, rahat və pambıq paltarlar seçin.

Günəş yanığı zamanı bol maye qəbul edin. Gün ərzində 8-10 su stəkanı su için.


Buna da baxın

Sadə bir qarışımla şəkər xəstəliyinə son – Sınanmış resept

Whatsapp ilə Paylaş Şəkər xəstəliyi ilə bağlı şəfalı bir resept məlum olub. Bu resept xəstəliyə …