Əsas səhifə / Əsas menu / Gözəllik / Günəşdən qoruyan maskalar
Bizi mobildən daha sürətli  izləyin

Günəşdən qoruyan maskalar

Xiyar maskası

gunesden qoruyan praktik maskalar.jpg56

 

Dəri tipi: Quru dərilər

1 x/qaşığı qatıq, eyni miqdarda yulaf unu, 1 ç/qaşığı bal və 1 orta boy xiyarı qarışdıraraq qalın bir təbəqə halında günəşdən ziyan görmüş dərinizin üzərinə sürtün və 30 dəqiqə gözlədin. Sabun və ya təmizləyici gel istifadə edərək, ilıq suyla yuyaraq üzünüzü təmizləyin.

Bal maskası

gunesden qoruyan praktik maskalar.jpg-0.jpghgh

Dəri növü: Bütün dərilər

Təbii olduğundan əmin olduğunuz balı incə bir təbəqə halında dərinizə çəkin və 5 dəqiqə gözləyin. Əvvəl ilıq suyla sonra soyuq suyla yuyun.

Qatıq maskası

gunesden qoruyan praktik maskalar.jpg-0.jpgdg

Dəri növü: Yağlı cildlər

Maya ilə qarışdırılmış 3/qaşığı qatığı dairəvi hərəkətlərlə üzünüzə tətbiq edin. 5 dəqiqə gözləyin və ilıq su ilə yuyun.

Banan  maskası

gunesden qoruyan praktik maskalar.jpg-0.jpgd

Dəri növü: Bütün dərilər

Cavanlaşdırıcı xüsusiyyəti olan bu maskanı hazırlamaq üçün 1 ədəd bananı püre halına gələnə qədər əzin və incə bir təbəqə halında üzünüzə tətbiq edin. 10 dəqiqə gözlədib, ilıq su ilə yuyun. Üzünüzün yumşaq və hamar olduğunu görəcəksiniz.

Avokado maskası

gunesden qoruyan praktik maskalar.jpgfg

Dəri növü: Bütün dərilər

Püre halına gətirdiyiniz yarım avokadoya 1 çay qaşığı bal əlavə edərək, incə bir təbəqə halında üzünüzə tətbiq edin. 15 dəqiqə maskanın qurumasını gözləyərkən gözünüzə 2 ədəd xiyar dilimi yerləşdirə bilərsiniz. Əvvəl ilıq sonra soyuq su ilə üzünüzü yuyun.

Yulaf unu maskası

gunesden qoruyan praktik maskalar.jpg-0

Dəri növü: Yağlı cildlər

2 x/ qaşığı yulaf unu, 1 çay qaşığı çay sodasını qatılaşana qədər lazım olacaq qədər ilıq su əlavə edin. Üzünüzə dairəvi hərəkətlərlə sürtün və 10 dəqiqə sonra ilıq su ilə yuyun. Hamar bir dəriyə sahib olduğunuzu görəcəksiniz.

Limon suyu maskası

gunesden qoruyan praktik maskalar.jpg2

Dəri növü: Bütün dərilər

Bu maska üzünüzdəki sizi narahat edən qara nöqtələri azaldır. Yarım limon suyunu 1 yumurtanın ağı ilə qarışdırın. Əldə etdiyiniz maskanı üzünüzə tətbiq edin. Quruduqca maska sərtləşəcək. 1 gecə üzünüzdə qalmalıdır (allergiya və ya digər narahatlığınız varsa saxlamayın). Sabah ilıq su ilə üzünüzü yuyun və gərgin, hamar və təmiz bir dəriyə sahib olduğunuzu görəcəksiniz.

Banan və qatıq maskası

gunesden qoruyan praktik maskalar.jpg89

Dəri tipi: Quru dərilər

Püre halına gətirilmiş yarım bananı, 1 çay qaşığı bal və yarım su stəkanı qatığı qarışdıraraq,  üzünüzə tətbiq edin. 10 dəqiqə sonra ilıq su ilə yuyun.

Buna da baxın

Qırışlara qarşı maska

Whatsapp ilə Paylaş Tərkibi: 2 x/qaşığı bal 2 x/qaşığı buğda unu 1 yumurta ağı Hazırlanması …