Əsas səhifə / Manşet / Gün ərzində 5 gavalı ye və…
Bizi mobildən daha sürətli  izləyin

Gün ərzində 5 gavalı ye və…

Gavalı ən şəfalı meyvələr sırasındadır. Gün ərzində 5 ədəd gavalı yemək çörək yeməyə bərabərdir.

Bu şirin meyvədə bir neçə növ vitamin toplaşıb ki, onlar da insan orqanizminə çox faydalıdır. Gavalının tərkibində C, B6, E vitamin orqanizm üçün xeyirli təsiri var. Həmçinin tərkibində 84% su, 0.6% zülal, 10% karbohidratlar, 2.1 bitki lifləri təşkil edir. Həmçinin beta karotin, fosfor, kalium, maqnezium, kalsium, dəmir və mislə zəngindir.

Qadınklubu.com-un məlumatına görə, alimlər iddia edirlər ki, gün ərzində 5 gavalı yemək, orqanizm üçün aşağıdakı faydalara gətirib çıxarar:

Şəkər xəsətliyi

Gavalı diabet xəstələrinə çox effektli təsir edir. Qanda şəkərin azalmasını təmin edir. Beləliklə şəkər xəstələrinin dərmana ehtiyacı qalmır. Həmçinin tərkibindəki bol kalium orqanizmdə insult riskini azaldır.

Yaddaşı yaxşılaşdırmaq

Gün ərzində 5 gavalı yemək yaddaşa mənfi təsir edən zərərli sərbəst radikalları zərərsizləşdirir.

Ürəyi qoruyur

Gavalının tərkibindəki vitaminlər yüksək qan təzyiqinə nəzarət etməyə kömək edir.

Həzm prosesini yaxşılaşdırır və stimullaşdırır

Gavalı bağırsaq funksiyasının işini yaxşılaşdırır, həzmi rahatlaşdırır. Gavalını soyuducunun buz dolabında da saxlamaq olar.

Sümüklərin sağlamlığının qorunması

Son tədqiqata əsasən, gavalı yeyən insanların onurğa sütunu və bazu sümüyünü möhkəmləndirir.

Gözlərin sağlamlığının yaxşılaşdırılması

Gavalı xüsusilə göz sağlamlığı üçün faydalıdır. Gavalıda tapılmış xüsusi vitaminlər qocalarda göz xəstəliyinin qarşısını alır. Və bu problemi aradan qaldırır.//Atv.az

Buna da baxın

Sürətli arıqladıqda bədəndə nələr baş verir?

Whatsapp ilə Paylaş Səhər-səhər kibrit qutusu ölçüsündə pendir, kilometrlərlə qaçış, günorta yağsız salat, saatlarla idman, …