Əsas səhifə / Əsas menu / Sağlamlıq / Gün eynəkləri sadəcə aksesuar deyil
Bizi mobildən daha sürətli  izləyin

Gün eynəkləri sadəcə aksesuar deyil

Gün eynəkləri sadəcə aksesuar deyil

Yay gəldi, günəş eynəkləri, həm vitrinlərdə? həm də bazar dəzgahlarında yerini almağa başladı. Eynək almaq istəyənlər də artıq seçimlərinə başlayıblar.

Yaxşı, eynək alarkən nələrə diqqət edirsiniz ? Eynəyinizin saç rənginizə uyğunlaşmağına yoxsa üz quruluşunuza uyğun gəlib-gəlmədiyinə?

Eynəklər çox vaxt sadəcə aksesuar olaraq düşünülsə də ,əslində, gözümüzün ən əhəmiyyətli qoruyucularından biridir. Günəşin yaydığı ultrabənövşəyi şüalardan gözümüzü qoruyur, havada uçuşan toz hissəciklərinə qarşı qalxan rolunu oynayır. Yəni eynəklər, aksesuardan çox daha artığıdır.

foto_a67aca68-198f-4f82-9738-7216e407fb91_1

Əmin olmadığınız yerdən eynək almayın

Eynək alarkən xüsusi ilə onun şüşələrinə diqqət edin. Həmin şüşələr günəşin ultrabənövşəyi şüalarına qarşı ən az yüzdə 99, mümkünsə də yüzdə 100 nisbətində qoruyuculuq təmin etməlidir. Göz allergiyaları, gözdə ət böyüməyi kimi göz xəstəliklərinin  səbəblərinddən biri günəşin şüalarıdır. Bu səbəblə markası  bilinməyən və ultrabənövşəyi qoruyuculuğuna əmin olmadığınız eynəkləri almayın.

foto_1d682702-0f9f-413a-a93b-f8edac7c01ed_1

Dəniz kənarında polariz şüşəli eynəkləri seçin

Əslində bu şüşələrin ultrabənövşəyi şüalara qarşı effektli qoruması yoxdur. O, yalnız su, ya da qar səthindən əks olunan şüaları təsirli olaraq azaldır. Bu səbəblə də dənizdə və eyni zamanda avtomobil istifadə edərkən ətrafdın dəqiqliyini artırdığı üçün istifadə edə bilərsiniz.

Çərçivələri geniş olsun

Eynəyin şüşələri asan qırılan vəsaitdən olmamalıdır. Böyük çərçivəli və gözləri yanlardan əhatə edən günəş eynəkləri, gözə yan kənarlardan gələn şüaları azaltdığna görə məsləhətlidir.

foto_d9a7f067-1643-4c38-9e8e-51c42e957e62_1

Havaya və fəaliyyətinizə əsaən eynəyinizi seçin.

Eynək seçərkən şüşəsinin rənginə mütləq diqqət etmək lazımdır. Görüntü keyfiyyətini, işıq intensivliyi və rəng qəbulunu pozmayacaq xüsusiyyətdə eynək şüşəsi seçilməyi əhəmiyyətlidir.

foto_a387af99-9b94-46b7-a647-777bfed54328_1

Qəhvəyi şüşəli eynəklər: Gündəlik, ümumi istifadəyə uyğun, kontrast və dərinlik hissini artırıb, rəng qəbulunu bir miqdar azaldır. Günəşli havalarda və parlaq işıqlı mühitlərdə seçə bilərsiniz.

Yaşıl şüşəli eynəklər: Gündəlik, ümumi istifadəyə uyğun olan bu şüşələr rəng qəbulunu pozmur. Az işıqlı mühitlərdə yaxşı kontrast yaradır. Axşam üstü,  çölə çıxarkən yaşıl şüşəli eynəklərdən istifadə etmək doğru seçim ola bilər.

Sarı şüşəli eynəklər: Dumanlı havada görüntünün dəqiqliyini artırır. Kompyüter və elektron alətlərdən gələn mavi işığı blok edərək göz yorğunluğu və baş ağrılarını azaltmağa köməkçi olur.

Boz-qara şüşəli eynəklər: Ən çox istifadə edilən bu tipli eynəklər rəng qəbulunu pozmur.İşığı ən çox kəsən şüşə rəngi olduğu üçün göz yorğunluğunu azaldır.

Qırmızı-çəhrayı şüşəli eynəklər: Kontrastı artırır.Göz yorğunluğunu azaldır.

Buna da baxın

Günəş yanmasına təbii çarə

Whatsapp ilə PaylaşGünəş yanmasına təbii çarə Yay mövsümündə dəridə günəş yanıqları yaranması təbbi haldır. Bunun …