Əsas səhifə / Manşet / Gündə 1 yumurta yemək insanı xoşbəxt edir
Bizi mobildən daha sürətli  izləyin

Gündə 1 yumurta yemək insanı xoşbəxt edir

b_490_340_16777215_0___images_stories_000001senty_yumurta_yemek_0124

Güclü tərkibi sayəsində insan səhhətinə bir çox faydası olan yumurta, eyni zamanda xoşbəxtlik mənbəyidir.

Tapılması və bişirilməsi asan, qida dəyəri çox yüksək və sağlam olan yumurta insanın günlük protein ehtiyacını ödəyir. Habelə halsızlıqdan xilas olmaq, daha fəal bir gün keçirmək üçün əvəzolunmaz olduğu aşkar olunmuşdur.

Ani temperatur dəyişiklikləri səbəbi ilə immunitetimiz xəstəliklərə qarşı müdafiəsiz hala gəlir və bu dəyişikliklər insanları qəmləndirir. Gündə 1 yumurta istehlak edərək bütün bu mənfi cəhətlərin öhdəsindən gəlmək mümkündür.

Yumurta tərkibindəki selen, dəmir kimi elementlər sayəsində xoşbəxtlik qaynağıdır.
Yumurtanın tərkibindəki A və D vitaminləri, dəmir, selen, sink kimi elementlər immuniteti gücləndirir, sümük inkişafına, qandakı oksigenin daşınmasına kömək edir, beyin funksiyalarının yerinə yetirilməsinə bir çox fayda verir.

Həmçinin, yaxşı yumurta seçiminin də önəmli olduğunu vurğulayan mütəxəssislər, gündə bir yumurta yeyərək, sağlamlığınızı artırdığınızı söyləyirlər.//deyerler.org