Əsas səhifə / Əsas menu / Sağlamlıq / Gündəlik qidalanma insanı normal çəkidə saxlayır
Bizi mobildən daha sürətli  izləyin

Gündəlik qidalanma insanı normal çəkidə saxlayır

 

xeber9_clip_image002_0001

Düzgün qidalanma – orqanizmə bütün karbohidratların (CHO), zülalların, yağların, vitamin və mineralların, hətta mayenin yetərli miqdarda vəhdət bir şəkildə qəbul edilməsidir. Qidalanmanın düzgün olması və sizə xeyir verməsi üçün bir neçə qızıl qaydaya riayət etmək vacibdir:

  • Qidanı dəqiq müəyyən edilmiş vaxtlarda qəbul edin.

  • Qidanı minimal qəbul etməklə qənaətlənin.

  • Qidanı yaxşıca çeynəyin.

Yeməyə maye ilə başlamaq lazımdır (su, təbii şirə və ya kompot). Meyvə və tərəvəz də yemək olar. Belə başlanğıc sayəsində mədə artıq selikdən azad olur, mədəaltı vəzi işləməyə başlayır və iştahı bir az aşağı salır.
Sonra çörək və qarnir olmadan ət, balıq, quş və ya digər zülallı qida (göbələk, qoz-fındıq, süd məhsulları, pendir, yumurta və s.) qəbul olunmalıdır. Zülal təzə tərəvəz, göyərti, xiyar, pomidor, salatla yaxşı uyğunlaşır. Sonra qarnir çörəklə yeyilir. Yeməkdən saat yarım sonra şiriniyyat və içkilər qəbul etmək olar.

Qidalanma necə olmalıdır?

Qidalanma imkan daxilində təbii olmalıdır. Bu o deməkdir ki, məhsulların tərkibində müxtəlif dad və boya qatışığı olan kimyəvi maddələr olmamalıdır. Fiziki-kimyəvi proseslər (duzlanma, turşuya qoyma, hisə vermə və s.) məhsulları denaturallaşdırır. İsti və ya çox soyudulmuş yeməyi qəbul etmək olmaz. Qidanın tempuraturu ilıq olmalıdır. Yeməkdən sonra hərəkət maddələr mübadiləsinə kömək edir. Yeməkdən yalnız 1,5 saat sonra idmanla məşğul olmaq olar. Yeyib dərhal məşq etmək beyinə qan getməsinin qarşısını alır və testestron səviyyəsinin aşağı düşməsinə səbəb olur.

Səhər yemeyi mütləq və mütləq yeyilməlidir. Niyə? Çünki axşam yatdığımız müddətdə orqanizmimiz 7-8 saat ac qalır və biz səhər qidalanmasını etmədikdə bədənimizdə olan vitamin, enerji ehtiyatı tükənir və orqanizmdə metabolizm səviyyəsi aşağı düşüşməsinə səbəb olur, bu da öz növbəsində bədənimizin zəifləməsinə gətirib çıxardır. Nahar yeməyi də yaxşı yeyilməlidir.

Axşam yeməyi az yeyilməli – yüngül-az kalorili qidalar yeyilməlidir. Çünki axşam yeməyndən sonra yatdığımızdan bədənimiz yeyilən qidani tam həzm edə bilmir və bu qidalar artıq yağlara çevrilir, piylənməyə səbəb olur. Ona görə də qidalanmanıza və qidalanma saatlarina hökmən önəm verin.

 

Qadinklubu.com

Buna da baxın

100 kalorilik çox ləzzətli qəlyanaltılar – Pəhrizdə olanlar üçün

Whatsapp ilə PaylaşOfisdə, evdə və ya çöldə fasilə zamanı acdığınız zaman sağlam və dadlı qəlyanaltılar …