Əsas səhifə / Manşet / Günə “Məhz bu gün” proqramı ilə başlayın
Bizi mobildən daha sürətli  izləyin

Günə “Məhz bu gün” proqramı ilə başlayın

qadin

Bu proqramı Sibilla Partric adlı bir qadın tәrtib edib. Günə “Mәhz bu gün” proqramı ilə başlamağa nə deyirsiniz?

1. Mәhz bu gün mәn xoşbәxt olacağam. Linkolnun sözü olmasın, insanlar xoşbәxt olmaq üçün nә qәdәr qәrarlıdırlarsa, bir o qәdәr xoşbәxtdirlәr. Xoşbәxtlik bizim içimizdәdir. Onu kәnarda axtarmaq lazım deyil.

2. Bu gün mәn hәr şeyi olduğu kimi qәbul edәcәyәm. Yәni hәr şeyi öz arzu vә istәklәrim әsasında olmasını kәnara qoyacam. Ailәmi, dostlarımı olduqları kimi sevәcәyәm.

 3. Mәhz bu gün mәn sәhhәtimin qayğısına qalacağam. Sağlamlığım üçün zәrәrli olan şeylәrdәn çәkinәcәk, bәdәnimә xәtrim istәdiyini qәbul etdirmәyәcәyәm.

4. Mәhz bu gün mәn ağlımın inkişafı üçün sәy göstәrәcәyәm. Nәsә faydalı bir şey öyrәnәcәyәm. Ağlıma qarşı tәnbәllik etmәyәcәyәm.

5. Mәhz bu gün mәn şәxsi inkişafım üçün çalışacağam. Bunun üçün dә üç iş görәcәm: bir insana yaxşılıq edәcәm. Elә edәcәm ki, heç özü dә bunu bilmәsin. Xәtrim istәmәdiyi, amma mәnim tәkamülüm üçün zәruri olan iki şeyi hәyata keçirәcәyәm.

6. Mәhz bu gün xeyirxah olmağa çalışacağam. Әynimә mәnә daha çox yaraşan bir şey geyinәcәyәm. Sakit sәslә danışacağam. Özümü alicәnab kimi aparacağam, insanların uğurlarına görә onları dәstәklәyәcәyәm. Başqalarını az tәnqid edәcәyәm, insanlar üzәrindә rәhbәrlik etmәk istәyindәn qaçacağam.

7. Mәhz bu gün mәn, yalnız bu günә görә yaşayacağam. Bu gün çalışmayacağam ki, hәyatımın bütün mәsәlәlәrini birdәn hәll edim.

8. Mәhz bu gün işlәrimin proqramını tәrtib edәcәyәm. Ola bilәr ki, hamısına riayәt edә bilmәyim. Amma onları tәrtib edәcәyәm. Çünki bu mәni qәrarsızlıq vә tәlәskәnlikdәn qoruyacaq.

9. Mәhz bu gün yarım saatı tәklik vә sakitçilik içәrisindә keçirәcәyәm.

10. Mәhz bu gün qorxmayacağam. Xoşbәxt olub әtrafdakı gözәllikdәn lәzzәt almaqdan qorxmayacağam.

Mənbə: kayzen.az

Buna da baxın

Maddələr mübadiləsini sürətləndirən çay

Whatsapp ilə Paylaş  Kosmetoloq, mütəxəssis Pervin Bulgak bədəni yağlardan təmizləyən çayların reseptini hazırlayıb. Qadinklubu.com maddələr …