Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Gününü evdə keçirənlərə xoşbəxtlik ipucları
Bizi mobildən daha sürətli  izləyin

Gününü evdə keçirənlərə xoşbəxtlik ipucları

6806231563082c31b3871446019779_yalniz1

Bəzən dumanlı, çiskinli havaya baxıb evdən çıxmaq istəmirik. Bəzən də xəstəlik bizi evdə qalmağa məcbur edir. Çoxları evdə tək qalmağın sıxıcı olduğunu düşünürlər. Halbuki əksinə boş vaxtınızı olduqca maraqlı keçirə bilərsiniz. Sizlərə bir sır ipucuları təqdim edirik

*Telefonun səsini alıb üzərinizi örtün və istədiyiniz qədər yatın.

*Ucuz olduğu üçün alıb heç istifadə etmədiyiniz şamları yandırın.

*Soyuducudakı meyvələrdən salat hazırlayın. Evdə krem-şanti varsa, onunla meyvələrin üzərini bəzəyin.

*Şəkil albomlarını gözdən keçirin.

*Siyirtmələrin içini səliqəyə salın. Orada elə şeylər tapacaqsınız ki, başınız qarışacaq, vaxtın necə keçdiyini hiss etməyəcəksiniz.

*Kitabları əlifba sırası ilə düzüb rəfinizi səliqəyə salın.

*Evdə sulu boya varsa, rəsm çəkərək uşaqlıq illərinə qayıdın.

*Kağızlardan müxtəlif əl işləri hazırlayın. İnternetdən bu mövzuda çoxlu videolar tapıb yeni bacarıqlarınızı kəşf edə bilərsiniz.

*Evdə rahat oturarkən daha çətin şəraitdə yaşamağa məcbur olan digər canlıları da düşünün. Pəncərənin önünə çörək qırıntıları tökün, qapının önünə pişik yemi və bir qab su qoyun.

*Ən sevdiyiniz musiqini qoyun. Qəhvə və ya çay içərkən bir tərəfdən də mahnını zümzümə edin. Bu, stress və yorğunluğu atmağın ən yaxşı yoludur.

*Uzun müddətdir izləmədiyiniz ən sevimli filminizə yenidən baxın. Ev şəraitində qarğıdalı partladın. Özünüzə meyvə şirəsi çəkin.

*Qarderobunuza əl gəzdirin. Geyinmədiyiniz paltarları ayırıb ehtiyacı olanlara verin.

*Kompüter oyunlarını sevirsinizsə, yeni oyunlar kəşf edin. Vaxtınız boldur, istədiyiniz qədər oyun oynaya bilərsiniz.

Bunlardan hanısını seçəcəyiniz tamamilə sizin öhdənizə buraxılıb. Əsas odur ki, vaxtı hədər verməyin, sizi mənəvi cəhətdən qidalandıracaq işlər görün.

Bütün bunlara baxmayaraq, hələ də yalnızlığı, təkliyi sevmədiyinizi düşünürsünüzsə, dostlarınızı qonaq çağırın, onlar əhvalınızı yüksəldəcək bir məşğuliyyət tapacaqlar.//publika.az

Buna da baxın

Xoşbəxtlik kiçik bir evdir!

Whatsapp ilə PaylaşXoşbəxtlik bəzən bir təbəssüm, böyük bir ev, var-dövlət, körpə qığıltısı, bəzən isə xəyallarınız …