Əsas səhifə / Əsas menu / Gözəllik / Gur qaşlar və sıx kipriklər üçün
Bizi mobildən daha sürətli  izləyin

Gur qaşlar və sıx kipriklər üçün

kalin-kas-modasi

Gur qaşlar və uzun sıx kipriklər qadına xüsusi gözəllik verir. Qadinklubu.com gur qaşlar və sıx kirpiklər üçün sizə bir neçə maska təqdim edir.

  1. 1 çay qaşığı təbii çay , 1 çay qaşığı üyüdülmüş təbii qəhvə, 50 ml qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, bir neçə dəfə qatlanmış tənzifdən yaxşı süzülür. Fırça və ya qulaq çöpü ilə qaşlara və kipriklərə səliqə ilə çəkilir. Gözaltı sahələrə pambıq diskləri qoyun ki, vasitə dəriyə düşməsin. Bu vasitəni 2 həftə ərzində hər gün istifadə edin. Qaşlar daha sıx və sağlam olacaq, onların rəngi tündləşəcək.

  2. 1 çay qaşığı badam, 1 çay qaşığı ayıpəncəsi və 1 çay qaşığı gənəgərçək yağı qarışdırın. Qarışığa yağ əsasında olan 5 damcı A və 5 damcı E vitamini (apteklərdə satılır) əlavə edin və yenə də yaxşı qarışdırın. Maskada kiçik fırça isladın və qaşların və kipriklərin üzərinə çəkin. 1 saatdan sonra maskanı quru salfetlə təmizləyin (bərk sürtmək olmaz!).
    Maskanı kiçik şüşə qaba tökün və soyuducuda saxlayın.

2-ci vasitəni bir gündən bir istifadə etmək olar. Eyni zamanda 2-ci vasitəni, 1-ci vasitənin üzərindən də çəkmək olar. Bu zaman maskanın təsiri daha effektli olacaq.

Buna da baxın

10 yaş gəncləşdirən maska

Whatsapp ilə PaylaşTərkibi: 3 çay qaşığı düyü 1 yemək qaşığı süd 1 yemək qaşığı bal …